Bakıda "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq konfrans keçiriləcək

İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc və həmin universitetin Pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüblər.

Görüşdə bu iki elm və təhsil müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə olunub və birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı ilk konkret addımlar atılıb.

Əldə edilən razılığa əsasən, tərəflər gələn ilin aprel-may aylarında "Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları" mövzusunda beynəlxalq konfrans da təşkil edəcəklər.

Milli.Az
URL: http://www.milli.az/news/culture/148425.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde