X Beynəlxalq Türk Dili Olimpiadasının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib

İyunun 26-da saat 19.30-da Bakı Özəl Türk Liseyində , Türkiyədə keçirilmiş X Beynəlxalq Türk Dili Olimpiadasının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Türkcə Olimpiadası Respublika Təşkilat Komitəsinin Sədri Mesut Kurnaz bildirib ki, adı çəkilən olimpiadada dünyanın 135 ölkəsindən məktəblilər arasından seçilmiş 1500 şagird, qonaq sifəti ilə çox sayda valideyn və müəllim iştirak edib. Şagirdlər burada mahnı, şeir, rəqs və başqa 15 müxtəlif kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdiriblər.
Bu olimpiadanın keçirilməsi təkcə Türk dilinin təbliğinə deyil, eyni zamanda dünyanın dörd bir yanında yaşayan insanlar arasında sevgi, sülh və dostluğun artırılmasına, xalqların biri-birini daha yaxından tanımasına xidmət edir.
Bu ilki olimpiadada nəticələrimiz cəmi 27 medal olmaqla -13 qızıl, 11 gümüş və 3 bürünc medal olub.
Sonra mətbuat konfransında "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren çıxış edərək  X Türk Dili Olimpiadası haqqında geniş məlumat verib və tədbirin əhəmiyyətindən geniş söhbət açıb. Dr. Enver Özeren bildirib ki, bu möhtəşəm tədbirdə iştirak edən şagirdlər Azərbaycanı ləyaqətlə təmsil ediblər. 









Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF