Azərbaycanda Birinci İnformasiya Təhlükəsizliyi Seminarı Müvəffəqiyyətlə Yekun Vurulmuşdur.
19-20
İyun 2012-ci il tarixlərində Qafqaz Universitetində Birinci
informasiya təhlükəsizliyi seminarı keçirilmişdir. Qafqaz
Universitetinin BM Technologies, BitDefender, Lancelot Institutu və IEEE
Kompüter Cəmiyyətinin Azərbaycan Bölməsi ilə birgə təşkil etdiyi
seminarı açılış nitqi ilə salamlayan seminarın təşkilat komitəsinin
sədri prof. Abzəddin Adamov bügunki həyatımızın hər bir yerində (iş
yerimizdə, ünsiyyətdə, təhsildə, əyləncədə və digər yerlərdə) tətbiq
etdiyimiz kompüter şəbələri infrastrukturunda şəxsi, maliyyə və dövlətə
məxsus informasiyaların toplanılması, istifadəsi və saxlanılması əsas
problemlərdən biri olduğunu qeyd etmişdir. Giriş sözləri ilə çıxış
edən Qafqaz Universitetinin rektoru prof. Dr. Ahmet Saniç və BM
Technologies şirkətinin direktoru Elçin Zeynalov informasiya
sistəmlərinin təhlükəsizliyinin çöx əhəmiyyətli olduğunu vurğulamışlar.
Təşkil edilmiş seminarın əsas məqsədi uzun illər ərzində əldə edilmiş
dəyərli təcrübələri ali təhsil müəssisələri, dövlət, biznes, özəl
sektor və digərləri ilə paylaşmaq və eyni zamanda sayber aləmdə həssas
və məxfi məlumatların qorunması üçün effektiv həllərin tapılması
olmuşdur. Seminara 40-dan çox dövlət və özəl müəssisələrdən yüz otuza
yaxın əməkdaş iştirak etmişdir.
Beynəlxalq
səviyyədə tanınmış təlimçilər-Tina Amper (Lancelot Institute), Ligia
Adam və Catalin Cosoi (BitDefender) tərəfindən verilmiş bu seminar
aşağıdakı mövzuları əhadə edir:
• İnformasiya Təhlükəsizliyinə Giriş
• Təhlükəsizlik Tədbirləri və Zəif Nöqtələr
• Mobil Proqramların Təhlükəsizliyinə Giriş
• Web Proqramların Təhlükəsizliyi Həlləri və Əldə Edilmiş Təcrübələrin Analizi
• Bulud Şəbəkələrində (Cloud Computing) İnformasiyanın təhlükəsizliyi
• Təhlükəsizlik Tədbirləri və Zəif Nöqtələr
• Mobil Proqramların Təhlükəsizliyinə Giriş
• Web Proqramların Təhlükəsizliyi Həlləri və Əldə Edilmiş Təcrübələrin Analizi
• Bulud Şəbəkələrində (Cloud Computing) İnformasiyanın təhlükəsizliyi
Bildirmək
istərdik ki, yerli təşkilatçılardan olan BM Technologies İnformasiya
Təhlükəsizliyi sahəsində artıq bir neçə uğurlar qazanmışdır. Belə ki
“BM Technologies” şirkəti artıq bu sahəni öz əsəs prioritet
sahələrindən biri elan etməklə, ilk dəfə Azərbaycan dilində Antivirus
proqram təminatı - B.A.K.U. Antivirus proqramının Rus və İngilis
dillərində istifadəçi interfeysini hazırlamaqla, məhsulu artıq 3 dildə
istifadəçilərə təqdim etmişdir. Bundan əlavə şirkət təqdim etdiyi Digər
tərəfdən “BM Technologies” şirkəti dünyanın ən güclü Antivirus Proqram
təminatçılarından olan “Bitdefender” şirkəti ilə rəsmi əməkdaşlıq
müqaviləsi imzalamışdır (Technology Partner).
Bununla
yanaşı Qafqaz Universiteti 23-26 Aprel 2012-ci il tarixlərində
Almaniyanın Munih şəhərində “Dövlət Qurumları ilə Əməkdaşlıq, Vətəndaş
və Biznes Cəmiyyətində İnformasiya Təhlükəsizliyinin Təmini və
Terrorizminə Qarşı Mübarizə” mövzusunda altıncı beynəlxalq forum və
Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumunun ("IISRC -
International Information Security Research Consortium") təşkil etdiyi
beşinci elmi konfransda iştirak etmiş və eyni zamanda adı çəkilən
quruma səlahiyyətli üzv seçilmişdir. Xatirlatmaq istərdik ki, Qafqaz
Universiteti 25-27 Oktyabr 2011-ci il tarixlərində Çinin Çanqşa
şəhərində təşkil edilmiş eyni adlı konfransın beşinci formunda iştirak
etmiş və konsorsium üzvlüyünə müraciət etmişdir. Bununla yanaşı
Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik
Məsələləri İnstitutu arasında IISRC-in fəaliyyətləri çərçivəsində
əməkdaşlıq müqaviləsi imzalanıb. Əsas təşkilatçılardan olan Qafqaz
Universitetinin 17-19 Oktyabr 2012-ci tarixlərində Gürcüstanın paytaxtı
Tbilisi şəhərində təşkil edəcək AICT2012 beynəlxalq konfransında (www.aict.info)
İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanın yaradılması və s.
bu silsilədən olan fəaliyyətlər, təhsil müəssisəsinin ən prioritetli
sahələrindən birinə cevrilmişdir.