İnsan Resursları Departamenti Qafqaz Universitetində təşkil olunmuş əmək yarmarkasında iştirak etmişdir
Bakı, 27 iyun (AzərTAc). Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Şəhər Məşğulluq
İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzi ilə birlikdə
“Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil etmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə 700-ə yaxın vakant iş yeri təqdim olunmuş, onlardan 98-i dövlət, 599-u isə qeyri-dövlət sahəsini əhatə etmişdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin iştirak etdiyi tədbirdə ARDNŞ-in İnsan Resursları Departamentinin işə qəbul və yerləşdirmə şöbəsinin əməkdaşları vətəndaşlara Dövlət Neft Şirkəti tərəfindən elan olunmuş vakant iş yerləri, onların sahə üzrə spesifik xüsusiyyətləri, elektron müraciət formasının doldurulması qaydaları haqqında ətraflı məlumat vermiş, vətəndaşları maraqlandıran sualları cavablandırmış, departamentin fəaliyyətini əks etdirən təbliğat vasitələrini təqdim etmişlər.
Gələcəkdə də müvafiq tədbirlərin ənənəvi olaraq keçirilməsi məqsədəuyğun hesab edilmişdir.