Qafqaz Universiteti ilə qardaş Türkiyənin Çorum şəhərində yerləşən Hitit Universiteti arasında anlaşma memora memorandumu imzalandı
22 June, 2012,
Türkiyənin Hitit Universitetinin rektoru
Prof.Dr. Reha Metin Alkan Azərbaycana səfəri zamanı bir neçə ali təhsil
müəssisələrini ziyarət edib. Ziyarətin əsas məqsədi qardaş Azərbaycanla
Türkiyə arasında təhsil əlaqələrini genişləndirmək Azərbaycanda olan
təhsillə əlaqəli yenilikləri qardaş ölkəyə aparmaq və ölkəsində olan
təhsil yenilliklərini Azərbaycana gətirməkdir.Rektor Reha Metin Alkan
elə həmin gün Qafqaz Universitetinində qonağı olub.
Qafqaz Universiteti ilə Türkiyənin Hitit Universiteti arasında
anlaşma memorandumunun imzalanmasıdır. Memorandumun mahiyəti tərəflər
arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi
maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz
Universitetinin rektoru Ahmet Saniç və Türkiyənin Hitit Universitetinin
rektoru Prof.Dr. Reha Metin Alkan imzalayıb.
Görüşdə çıxış edən Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyə ilə Azərbaycanın
dost və qardaş ölkə olduğunu bildirib.Türkiyənin Hitit Universitetinin
rektoru Prof.Dr. Reha Metin Alkan isə deyib ki, rəhbəri olduğu ali
təhsil müəssisəsi Türkiyənin tanınmış və populyar universitetlərindən
biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki, həmin
məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün önəmli işlər görürlər.
Savadlı kadrların yetişdirilməsində Hitit Universitetinin önəmi çoxdur.
Universitet dünyanın müxtəlif ali təhsil müəssisələri ilə sıx əlaqələr
saxlayır, bir sıra beynəlxalq proqramlarda iştirak edir. Professor əlavə
edib ki, səfərindən çox razı qalıb və Azərbaycandan zəngin təəssüratla
ayrılır. Çıxışının sonunda rektor qeyd edib ki, Qafqaz Universiteti ilə
əlaqələri daha da genişləndirməyə çalışacaqdır.
Görüşün sonunda qonağa
Qafqaz Universitetinin rektoru Ahmet Saniç tərəfindən universitetin
Günün anısına xatirə Plaketi təqdim olunub.
Qafqaz Universitetinin mətbuat xidməti.