OLİMPİYADA DA AZƏRBAYCAN GÜNLƏRİ KEÇİRİLDİ
Dünyanın 135 ölkəsinin qatıldığı X Beynəlxalq Türk dili Olimpiadası çərçivəsində iştirakçı dövlətlərin tarixi, mədəniyyəti, mətbəxi və digər milli dəyərlərini özündə əks etdirən sərgi keçirilir.
Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən xatırladıb ki, ilk dəfə bu olimpiadaya 17 ölkə ilə başlanıb. Ə.Özərən qeyd edib ki, olimpiadaya qatılan şagirdlər Azərbaycanda Təhsil Nazirliyi ilə birgə təşkil edilən 3 mərhələlik müsabiqədə uğur qazananlardır.
Keçirilən sərgidə Azərbaycanın ən böyük stendinin qurulduğunu vurğulayan Ə.Özərən stendlərdə ölkəmizin tarixi, mədəniyyəti, onun bugünkü inkişaf dövrünü göstərən şəkillərin nümayiş olunduğunu söyləyib. Ə.Özərən ümid etdiyini bildirib ki, bu olimpiadalar gələcəkdə həmçinin ölkələr arasında isti münasibətlərin yaranmasına və dünyada barışın meydana gəlməsinə öz töhfəsini verəcək.
Qeyd edək ki, sərgidə Azərbaycandan 500-dən artıq nümayəndə heyəti iştirak edib. Onlar Azərbaycana həsr olunan konsert proqramında da iştirak ediblər.