Qafqaz Universitetində fəal məşğulluq tədbiri keçirilmişdir

Bakı, 22 iyun (AzərTAc). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında növbəti fəal məşğulluq tədbirini iyunun 22-də Qafqaz Universitetində keçirmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, tədbirin açılış mərasimində nazir Füzuli Ələkbərov və Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç təqdim olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları baxımından münasibliyi ilə tanış olmuşdur.
Nazir F.Ələkbərov son illərdə “Karyerada ilk addım” devizi altında fəal məşğulluq tədbirlərinin ənənə halını aldığını, hər il təkcə belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd etmişdir.
Nazir bildirmişdir ki, tədbirdə 79 müəssisə və təşkilat tərəfindən 687 boş iş yeri təqdim olunmuşdur. Həmin müəssisələrdən 9-u dövlət, 70-i qeyri-dövlət müəssisələridir.
F.Ələkbərov vurğulamışdır ki, tələbə və məzunlar üçün faydalı olan bu fəal məşğulluq tədbirləri bütün ali təhsil müəssisələrində təşkil ediləcəkdir.
Tədbir zamanı iş axtaran vətəndaşlar və peşəyönümü üzrə müasir texnologiyalar əsasında məsləhət almaq istəyənlər üçün seminar-treninq də təşkil olunmuşdur.
http://www.azertag.com/node/970983

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF