Əli Həsənov: “Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçiriblər”

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov Qafqaz Universitetində keçirilən aylıq seminarda məruzə ilə çıxış edib.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə,Ə.Həsənov öz çıxışında ermənilərin xalqımızın başına gətirdiyi hadisələrin xronologiyasından, son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlıların öz əzəli yurdlarından zorla köçürüldüyündən, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmasından söz açıb.

Ə.Həsənov bildirib ki, Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçiriblər: “Əvvəlcə onlar Azərbaycan torpaqlarında, keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikası yaradıb, XX əsrdə iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovulub, 1988-1992-ci illərdə isə ermənilərin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən məcburi köç ediliblər”.

Sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

Ə.Həsənova Qafqaz Universitetinin fəxri plaketi təqdim edilib.

Mirvari Kamilqızı
Gün.Az
http://www.gun.az/karabakh/40888

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF