“İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya”
Qafqaz Universitetində 2012-ci il məzunlarına həsr olunan
“İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli
məzuniyyət gecəsi keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya
verilən xəbərə görə, 1993-cü ildə fəaliyyətə başlayan ali təhsil
ocağında bu il mühəndislik fakültəsindən 46, iqtisadiyyat və idarəetmə
fakültəsindən 135, Pedaqoji fakültəsində 146 və magistratura pilləsində
isə 100 tələbə olmaqla cəmi 427 tələbəsini məzun verir.
"Qafqazdan
dünyaya” devizi altında keçirilən məzuniyyət gecəsində çıxış edən
rektor Ahmet Saniç bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider
Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini
Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə
başlamasına təkan verib. Ahmet Saniç çıxışında Qafqaz Universitetinin 45
fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürür duyduğunu dilə
gətirib.
Rektor məzunlara müraciətində bunları
deyib: "Sevgili məzunlarımız ! Bu gün burada məzun gecəsi keçirməmizin
səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara hazırlayırıq. Əziz gənçlər!
dünya küçüldü, bir kənd halına gəldi. Elm insanın xəyal etdiklərindən
də çox sürətlə irəliləyir.
Bu gün dünənin dünyasında
yaşamırıq. Sabah isə bu günün dünyasında yaşaya bilmərik. Elmi
biliklərimizi birləşdirib daha gözəl naliyyətlər əldə edək. O zaman daha
savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq.
Yolunuz açıq olsun".
Çağ Öyrətim Şirkətinin
prezidenti Ənvər Özərən isə çıxışında universitetdən indiyəcən məzun
olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər
eşitdiyini söyləyərək bu ilki məzunlara ölkəmizin gələcəyi üçün əlindən
gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu
edib.
Ənənəvi olaraq Qafqaz universitetində
bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə ,fakultə və
universitet birincisinə isə xatirə plaketi verilib. Eyni zamanda,
2011-2012 tədris ilində beynəlxalq və respublika olimpiyadalarında
fərqlənən tələbələrə xatirə hədiyyəsi verilib. Sonra tədbir bədii hissə
ilə davam etdirilib.
əlavə edilmə : 20-06-2012 10:01
Könül Kamilqızı