İyunun 22-də Qafqaz Universitetində əmək sərgisi başlayır

“Azərbaycan Respublikası sürətli və dinamik sosial-iqtisadi inkişaf yolundadır. Belə bir inkişaf strategiyası  yaxın gələcəkdə ölkəmizi sürətli inkişaf edən ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına qoşulmasını təmin edəcəkdir. 
Bütün sahələrdə baş verən sosial-iqtisadi inkişaf yeni müəssisələrin meydana gəlməsi və müxtəif sektorlarda iş yerlərinin açılması ilə nəticələnir. Belə bir dinamikada səmərəli rol almaq üçün bütün imkanlarını səfərbər edən Qafqaz Universiteti iş dünyası ilə birgə çoxsahəli fəaliyyətlər həyata keçirməkdədir. Bu cür fəaliyyətlərdən biri də ənənəvi olaraq, hər il keçirdiyimiz Əmək Sərgiləridir”. Bu fikirlər Qafqaz Universitetinin mətbuat xidmətinin dünən yaydığı məlumatda öz əksini tapıb. Məlumatda həmçinin deyilir ki, iyunun 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qafqaz Universitetinin birgə təşkil edəcəyi “Karyerada İlk Addım” adlı əmək sərgisində dövlət və özəl sektora aid 100-dən çox təşkilatın iştirak edəcəyi gözlənilir: “Bütün məzun və tələbələri “Karyerada İlk Addım” adlı əmək yarmarkasında iştirak etməyə dəvət edirik”. Xatırladaq ki, keçən tədris ilində universitetin keçirdiyi Əmək Sərgisində 100-dək şirkət və müəssisə iştirak edib. Həmin təşkilatlar ümumilikdə 700-dək vakant iş yerinə namizəd axtarıb.
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43884

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF