Bir olimpiadadan 13 qızıl, 10 gümüş və 3 bürünc medal
Bakı Özəl Türk Liseyində X yubiley Beynəlxalq Türk Dili Olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı Özəl Türk Liseyində X yubiley Beynəlxalq Türk Dili
Olimpiadasının yekununa həsr olunan tədbir keçirilib. Tədbirdə
Azərbaycanın Olipiadadakı uğurları nümayiş etdirilib. Olimpiadanın
qalibləri İ, İİ, İİİ yer sahibləri müvafiq olaraq brünc, gümüş, qızıl
medal və pul mükafatları ilə təltif edilblər. Bir sıra media
nümayəndələri və millət vəkillərinin də iştirak etdiyi tədbirdə
yaddaqalan anlar yaşanıb. Bu il 135 ölkədən 1500 şagirdin iştirakı ilə
10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi 30 may
- 14 iyun 2012-ci il tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67
proqram təşkil olunub. O cümlədən İzmir Atatürk stadionunda 200 min
nəfər tamaşaçının iştirakı ilə keçirilib. Olimpiadanın rəsmi bağlanma
mərasimi İstanbul Türk Telekom stadionunda 100 min nəfər tamaşaçının
iştirakı ilə təşkil olunub. Türkiyə mətbuatında olimpiada ilə əlaqədar
2521 xəbər yayınlanıb və bu da Türkiyənin tarixində yeni rekord olaraq
yazılıb. Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif
proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb. Bu il İstanbul
Sərgi Mərkəzində təşkil olunan sərgidə ən böyük stend Azərbaycana
ayrılıb. Eyni zamanda proqram çərçivəsində bir çox dövlət adamlarının və
rəsmilərin də iştirak etdiyi xüsusi Azərbaycan şənliyi keçirilib.
Azərbaycanlı şagirdlər öz məharətlərini və Azərbaycan mədəniyyətini
yüksək səviyyədə nümayiş etdirdikləri proqramdan qonaqlar böyük
məmnunluq hissi ilə ayrılıblar. Olimpiadanın final mərhələsi Türkiyənin
Baş Naziri Recep Tayyip Erdoğanın iştirakı ilə keçirilib. Olimpiadada bu
il Azərbaycanı təmsil edən şagirdlərimiz 10-cu yubiley Beynəlxalq Türk
Dili Olimpiadasında 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc
medal qazanıblar. 10 il müddətində isə Azərbaycanı təmsil edən
şagirdlərimiz 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər.