Azərbaycan təmsilçiləri Beynəlxalq Türk Dili Olimpiadasında 26 medal qazanıb
10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasında bu il Azərbaycanı
təmsil edən şagirdlərimiz 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3
bürünc medal qazanıb.
Gün.Az-ın verdiyi məlumata görə, Bakı Özəl Türk
Liseyində Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadasına qatılan
Azərbaycan nümayəndə heyətinin iştirakı ilə tədbir keçirilib, qaliblər
mükafatlandırılıblar.
Mərasimdə çıxış edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi rəisi Mesut Kurnaz bildirib ki, Azərbaycan məktəblilərinin Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadasında iştirakı çox uğurlu olub.
M.Kurnaz bildirib ki, 2003-cü ildən etibarən Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadasında bu il 135 ölkədən 1500 şagirdin iştirak edib:
“10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsində (30 may - 14 iyun) Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub. İzmir Atatürk stadionunda 200 min nəfər, İstanbul Türk Telekom stadionunda isə 100 nəfər tamaşaçının iştirakı ilə olimpiadanın rəsmi bağlanma mərasimi keçirilib. Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər yayımlanıb və Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb”.
M.Kurnaz qeyd edib ki, Türkiyə prezidenti Abdullah Gül olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul edib:
“Olimpiadanın final mərhələsi isə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə keçirilib.
Bu il İstanbul Sərgi Mərkəzində təşkil olunmuş sərgidə ən böyük stend Azərbaycana ayrılıb. Azərbaycanlı iştirakçılar yüksək səviyyəli proqramla çıxış edərək müxtəlif kateqoriyalarda 26 medal əldə ediblər.
Ümumilikdə Azərbaycanı təmsilçiləri olimpiada dövründə 35 qızıl, 48 gümüş, 20 bürünc medal qazanıblar.
Bu uğurlar yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edib”.
Təqdimat mərasimində çıxış edən ictimai-siyasi xadim, professor Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, teleaparatı Günay Yelmarqızı və digərləri 10 il müddətində keçirilən Beynəlxalq Türk dili Olimpiadasının əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, bu olimpiadalar bütün dünya əhalisini sülhə, həmrəyliyə səsləyir və türk dilini bütün dünyada tanınıb, yayılmasına şərait yaradır.
Sonra mərasimində olimpiadada uğur qazanan Azərbaycan nümayəndə heyətinin üzvləri onlara uğur gətirən mahnı və şerləri təqdim ediblər.
Olimpiadada fəal iştirak edənlərə həvəsləndir içi mükafatlar, 1,2, 3 yeri qazananlar isə medal və hədiyyələr təqdim olunub.
Mirvari Kamilqızı
Gün.Az