Qafqaz Universiteti 20 illik fəaliyyəti dövründə 15-ci buraxılışını qeyd edib.
Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb
Rzayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, bu gün universitetdə
2012-ci il məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə
Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsi keçirilib.
1993-cü ildə fəaliyyətə başlayan universitet bu il mühəndislik
fakültəsindən 46, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji
fakültəsində 146 və magistratura pilləsində isə 100 tələbə olmaqla cəmi
427 tələbəsini məzun verir.
Məzuniyyət gecəsində çıxış edən rektor Ahmet Saniç bildirib ki, sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürür duyur: “Əziz valideyinlər! Min bir zəhmətlə böyüdüb yetişdirdiyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik bacarıq vətən sevgisi ilə dolu məzunlar artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızın keşiyindədirlər. Hörmətli müəllim heyəti! Bugün çəkdiyiniz zəhmətin bəhrəsi artıq məzun adı alaraq həyat məktəbinə yola salırıq. Sevgili məzunlarımız! Bizlər sizləri sabahlara hazırlayırıq. Yolunuz açıq olsun”.
Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə çıxışında universitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək builki məzunlara ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu edib.
Ənənəvi olaraq Qafqaz universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə, fakultə və universitet birincisinə isə xatirə plaketi verilib. Eyni zamanda 2011-2012 tədris ilində beynəlxalq və respublika olimpiyadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verilib. Sonra tədbir bədii hissə ilə davam etdirilib.
Nigar Məmmədli