“Karyerada ilk addım” əmək yarmarkasına 700-ə yaxın vakant iş yerləri təqdim olunub
Qafqaz Universitetində “Karyerada ilk addım” devizi altında
keçirilən əmək yarmarkasına 100-ə yaxın işəgötürən müəssisə və təşkilat
iştirak edib.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin Gün.Az-a
verdiyi məlumata görə, yarmarkada Bakı şəhərinin Rayon Məşğulluq
Mərkəzləri, eləcə də Qafqaz Universiteti ilə əməkdaşlıq edən müəssisə və
təşkilatlar vakant yerlər təqdim ediblər:
“Bunlardan 10-u dövlət, digərləri isə qeyri-dövlət müəssisələri olub. İşəgötürənlər yarmarkada 700-ə yaxın boş (vakant) iş yerləri təqdim edib, onlardan 98-i dövlət, 599-u isə qeyri-dövlət qurumlarındadır”.
R.Rzayev bildirib ki, yarmarkanın keçirilməsində məqsəd iş axtaran vətəndaşların, xüsusilə də ali təhsil müəssisələrində tələbələrin və məzunların sosial müdafiəsinin gücləndirilmək və məşğulluq səviyyəsinin yüksəltməkdir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı şəhəri Məşğulluq İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə iş axtaran vətəndaşların peşəyönümü üzrə müasir texnologiyalar əsasında məsləhət almaq üçün seminar-treninqlər də təşkil edilib”.
Qeyd edək ki, 2008-ci ildən keçirilən bu yarmarkalarda 396 işəgötürən təşkilatlar işaxtaran və işsiz vətəndaşların ixtiyarına 2721 boş vakant iş yerləri təqdim edilib.
Tədbirlərdə iştirak etmiş işaxtaran vətəndaşlardan 622 nəfərinə göndəriş verilib, 246 nəfəri isə münasib işlə təmin edilib.
Mirvari Kamilqızı
Gün.Az