Qafqazinterfax.az : Universiteti Bakıda məşğulluq yarmarkası keçirəcək


Qafqaz Universiteti iyunun 22-də Bakıda "Karyerada ilk addım" adlı illik məşğulluq yarmarkası keçirəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə təhsil müəssisəsindən məlumat verilib.
Belə ki, yarmarkanın işində dövlət və özəl sektorları təmsil edən 100-dən çox təşkilatın iştirak edəcəyi gözlənilir.
Yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçirilir.
Ötən il belə yarmarkada 100-ə yaxın təşkilat iştirak edib və bu təşkilatlarda 700 vakant iş yerinə mütəxəssislər tələb olunub.
http://interfax.az/view/544275/az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür