QAFQAZ UNİVERSİTETİNDƏ BU DEVİZ ALTINDA 15-Cİ MƏZUN GÜNÜ QEYD EDİLİB


 Qafqaz Universiteti  20  illik  fəaliyyəti  dövründə  15-ci  buraxılışını  qeyd  edib. Dünən  universitetdə 2012-ci  il məzunlarına həsr olunan “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsi keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, 1993-cü ildə fəaliyyətə başlayan universitetin bu il mühəndislik fakültəsini 46, iqtisadiyyat və idarəetmə fakültəsini 135, Pedaqoji fakültəsini 146  və magistratura pilləsində isə 100 tələbə olmaqla  cəmi 427 tələbə bitirib. Qafqaz  Universitetinin tələbələri 2011/2012-ci  tədris  ilində  bir  çox  nailiyyətlərə  imza  atıblar. Universitetin tələbəlri yerli və beynəlxalq olimpiadalarda diplomlara layiq görülüblər. Qafqaz Universitetində  keçirilən  “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzuniyyət gecəsində  çıxış  edən  rektor  Ahmet  Saniç  bildirib  ki,  bu  ali  təhsil  ocağı  ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan verib”.
Ahmet  Saniç çıxışında  bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürür duyduğunu dilə gətirdi.  
Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə çıxışında universitetdən indiyəcən məzun olanş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək bu ilki məzunlara ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu edib. Sonda beynəlxalq və respublika olimpiyadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verilib. Sonra tədbir bədii hissə  ilə  davam  etdirilib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF