Əli Həsənov Qafqaz Universitetində Qarabağdan danışdı
Qafqaz Universitetində aylıq seminar keçirilib. Universitetin
rektoru professor Ahmet Saniç kürsüdən seminar iştirakçılarını
salamladıqdan sonra bildirib ki, universitetdə aylıq seminarlar artıq
ənənə halını alıb. Hər ay universitet ictimai xadimlər tələbələrin
görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında çıxış edirlər,
tələbə və müəllimlərin suallarını cavablandırırlar. Budəfəki seminarın
məruzəçisi Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov
olub.
Məruzəçinin nəticələri, qaçqın və məcburi köçkünlərə
dövlət qayğısı” olduğunu deyib. Sonra məruzəçi söz alaraq kürsüdən
məruzə ilə çıxış edib. Məruzəsində Əli Həsənov qonşularımız
olan
ermənilərin xalqımızın başına gətirdiyi hadisələrin xronologiyasından
bəhs edib. Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi
proseslər nəticəsində azərbaycanlılar siyasətinə əvvəlcə onlar
Azərbaycan torpaqlarında, yəni, keçmiş İrəvan xanlığı ərazisində kiçik
bir Ermənistan Respublikasını yaradıb, XX əsrin müxtəlif dövrlərində iki
milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovuldu, etnik
təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınıblar.
Ermənistan silahlı qüvvələrinin 1988-1992-ci illərdə ölkəmizə hərbi
təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq
Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub,
Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya
Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən məcburi köç
ediblər.
əlavə edilmə : 09-06-2012 19:35
SES QEZETI
http://www.ses-news.az/index.php?action=static_detail&static_id=301420