“Qafqaz”da əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Məşğulluq İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzi “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. Qafqaz Universitetində təşkil olunmuş tədbirdə 100-ə yaxın işəgötürən (onlardan onu dövlət müəssisəsidir) müəssisə və təşkilat iştirak etdiyi tədbirdə 700-ə yaxın iş yeri təqdim olunub. |
Əmək və əhalinin sosial müdafiəsi naziri
Fizuli Ələkbərov və Qafqaz Universitetinin rektoru, professor Ahmet
Saniç tədbirin açılışında iştirak edib, təşkilati vəziyyəti, təqdim
olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar
və gələcək karyeraları baxımından münasib olması və s. ilə tanış olub,
tədbirdə iştirak edən işəgötürənlər, həmçinin tələbə və məzunların
tədbir barədə fikir və rəylərini öyrəniblər.
KİV-ə müsahibəsində nazir F. Ələkbərov son illərdə aktiv məşğulluq
tədbirlərinin artıq ənənə halını aldığını və bu tədbirlərin müsbət
nəticələr verdiyini, hər il yalnız belə tədbirlər nəticəsində 600-700
gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Nazir bildirib
ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə
təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib
şərtlərdən biridir. Onun sözlərinə görə, belə aktiv məşğulluq tədbirləri
bütün ali təhsil müəssisələrində təşkil olunacaq.
Qeyd edək ki, məzunların iş probleminin həllində böyük rol oynayan bu
yarmarkalar “Qafqaz”da 2008-ci ildən etibarən həyata keçirilir və hər
il yüzlərlə vakant yer elan olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə Qafqaz Universitetinin birgə layihəsi olan “Karyerada ilk
addım” devizi altında baş tutmuş əmək yarmarkalarında 396 işəgötürən
təşkilatlar işaxtaran və işsiz vətəndaşların ixtiyarına 2721 boş vakant
iş yerləri təqdim etmişlər. Tədbirlərdə iştirak etmiş işaxtaran
vətəndaşlardan 622 nəfərə göndəriş verilmiş, 246 nəfəri münasib işlə
təmin edilmişdir. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43996