Qafqaz Universitetində aktiv məşğulluq tədbiri keçirilib



AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Qafqaz Universitetində keçirib. Məlumatı “Azadinform”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən veriblər. 


Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç tədbirin açılışında iştirak edib, təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri, onların tələbə və məzunların aldıqları ixtisaslar və gələcək karyeraları baxımından münasib olması və s. ilə tanış olub, tədbirdə iştirak edən işəgötürənlər, həmçinin tələbə və məzunların tədbir barədə fikir və rəylərini öyrəniblər.
KİV-ə müsahibəsində nazir F.Ələkbərov son illərdə aktiv məşğulluq tədbirlərinin artıq ənənə halını aldığını və bu tədbirlərin müsbət nəticələr verdiyini, hər il yalnız belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Nazir bildirib ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib şərtlərdən biridir. Onun sözlərinə görə, belə aktiv məşğulluq tədbirləri bütün ali təhsil müəssisələrində təşkil olunacaq. 
Qeyd edək ki, tədbirdə 79 müəssisə və təşkilat tərəfindən 687 boş iş yeri təqdim olunub. Həmin müəssisələrdən 9-u dövlət, 70-i qeyri-dövlət müəssisələridir. 2008-ci ildən başlayaraq Qafqaz Universitetində “Karyerada  ilk  addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində ümumilikdə 301 müəssisə tərəfindən tələbə və məzunların seçiminə  2721 boş vakant iş yeri təqdim edilib. Tədbirlərdə  iştirak etmiş tələbə və məzunlardan 622 nəfərə göndəriş verilib, 246 nəfər münasib işlə  təmin edilib. Ümumilikdə, Bakı  şəhəri üzrə bu vaxtadək “Karyerada  ilk  addım” devizi altında keçirilmiş aktiv məşğulluq tədbirlərində 1241 işəgötürən təşkilat tərəfindən 7915 boş vakant iş yeri  təqdim olunub. Tədbirlərdə  iştirak edənlərdən 2338 nəfərə göndəriş verilib, 1175 nəfər münasib işlə  təmin edilib.
http://www.azadinform.az/news/a-24142.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF