“Qafqaz” Universitetində “Karyerada ilk addım” devizi altında fəal məşğulluq tədbiri keçirilmişdir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Dövlət  Məşğulluq Xidməti rəhbərlikləri işaxtaran vətəndaşların, xüsusilə də ali təhsil müəssisələrində  tələbələrin  və  həmçinin bu ali  təhsil  ocaqlarını  yeni  bitirmiş məzunların sosial müdafiəsinin gücləndirilməsi  və  məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə  kütləvi məşğulluq tədbirləri həyata keçirirlər.
Bununla əlaqədar  işaxtaran  vətəndaşlarla işəgötürən müəssisə  və  təşkilatlar arasında əlaqələri gücləndirməklə, onların əmək bazarına inteqrasiyasını  asanlaşdırılması istiqamətində Bakı şəhər Məşğulluq İdarəsi “Karyerada ilk addım” devizi altında  22 iyun 2012-ci il  il tarixdə  “Qafqaz” Universitetində tədbir keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Füzuli Ələkbərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç və digər rəsmi şəxslər iştirak  etmişlər.
KİV-ə müsahibəsində nazir Fizuli Ələkbərov son illərdə "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin artıq ənənə halını aldığını və bu tədbirlərin müsbət nəticələr verdiyini, hər il yalnız belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Nazir bildirib ki, gənclərin malik olduqları qabiliyyət və bacarıqlarını cəmiyyətə təqdim edə bilməsi onların gələcək karyerasının inkişafı üçün vacib şərtlərdən biridir. Belə tədbirlərdə bunun üçün, yəni tələbələrlə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürən müəssisə  və  təşkilatlar arasında əlaqələrin qurulması üçün lazımi şərait yaradılır və  onlarda öz bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmək və onlarla ünsiyyət qurmaq sahəsində müəyyən təcrübə formalaşır. Bu mənada tələbə və məzunlar üçün faydalı olan bu aktiv məşğulluq tədbirləri bütün ali təhsil müəssisələrində təşkil olunacaqdır.
Tədbirdə Bakı şəhərinin Rayon Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 86 işəgötürən müəssisə və  təşkilatlar iştirak  edib, bunlardan  9-u  dövlət, 77-si qeyri-dövlət müəssisələridir. İşəgötürənlər tədbirə 774 boş (vakant) iş yerləri təqdim etmişlər, onlardan 88-i  dövlət, 686-sı qeyri-dövlətdir.    Tədbirin əsas məqsədi  məzun və  tələbələrə  aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək,  işəgötürənlərlə onların bilavasitə   qarşılıqlı ünsiyyətini təşkil etmək  və  bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına  imkan yaratmaq, eyni zamanda  işaxtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərilməsi olub.
Bu  tədbirdə  iri  şirkət və  kompaniyalarından  “Azərcell  Telekom” MMC , “Bakcell  LTD” MMC, “European Tobacco – Baku” ASC, “Azərsun Holding” MMC, “Veysəloğlu Yayıcılı Qardaşlar”  MMC, Dövlət Neft Şirkətinin İnsan  Resursları  Departamenti, Dövlət Neft Fondu, İmprotex Travel  MMC, “Atəşgah” sığorta şirkəti, “Ataturizm” MMC, “Paşa Travel” MMC, “Royal Bank” ASC, “Ata Holding” ASC və  digər   iri şirkətlər  iştirak  ediblər.
2008-ci  ildən başlayaraq  “Qafqaz”  Universitetində  “Karyerada  ilk  addım” devizi  altında baş  tutmuş məşğulluq  tədbirlərində 301  işəgötürən müəssisə  və  kompaniyalar iştirak etmiş, 396 işəgötürən təşkilatlar işaxtaran və  işsiz vətəndaşların ixtiyarına 2721 boş vakant iş yerləri  təqdim etmişdir. Tədbirlərdə  iştirak etmiş işaxtaran  vətəndaşlardan 622 nəfərə göndəriş verilmiş, 246 nəfər münasib işlə  təmin edilmişdir.
Ümumilikdə, Bakı  şəhəri üzrə  “Karyerada ilk addım” devizi  altında keçirilmiş tədbirlərdə  960  işəgötürən müəssisə  və  kompaniyalar iştirak etmiş, 1241 işəgötürən təşkilatlar işaxtaran və  işsiz vətəndaşların ixtiyarına 7915 boş vakant iş yerləri  təqdim etmişdir. Tədbirlərdə  iştirak etmiş işaxtaran  vətəndaşlardan 2338 nəfərə göndəriş verilmiş, 1175 nəfər münasib işlə  təmin edilmişdir.
Bu  tədbirin gedişində  bir sıra  kreativ yanaşmalar diqqəti  cəlb etmişdir. Tədbirdə işaxtaran vətəndaşlar və  peşəyönümü  üzrə müasir texnologiyalar əsasında məsləhət almaq istəyənlər üçün seminar-treninq təşkil edilmişdir.
Ilkin nəticələrə  görə bu  tədbirdə  təqdim olunan  vakansiyalar üzrə  224 nəfərə müxtəlif ixtisaslar olmaqla, işə düzəlmək  üçün müvafiq göndərişlər verilmiş, 6 nəfər müxtəlif peşələr üzrə  peşə hazırlıq kurslarına cəlb olunmaq üçün qeydiyyata götürülmüş, 16 nəfər Bakı Əmək Birjası tərəfindən müvəqqəti  xarakterli işlərlə təmin olunmaq üçün qeydiyyata alınmışdır.  Bundan əlavə 838 nəfər tələbə  və  məzunun kadr  CV-ləri müxtəlif şirkətlər tərəfindən baxılmaq üçün qəbul  edilmişdir.
Bakı şəhər Məşğulluq İdarəsinin direktoru Şəfa  Əliyevin məlumatına görə, 2012-ci  ildə  Bakı  şəhərində  fəaliyyət göstərən  əksər  ali  təhsil  müəssisələrində  bu  kimi fəal məşğulluq tədbirləri keçiriləcəkdir.
http://ses.gov.az/az/menu-75-430.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF