Rövnəq Abdullayev “İlin idman adamı” seçildi

Bu gün ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Qafqaz universitetinin rektoru Ahmet Saniç və ’’Çağ’’ Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərəni qəbul edib.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev deyib ki, ARDNŞ-də son vaxtlar Qafqaz Universitetinin məzunları müsabiqə yolu ilə daha tez-tez işə qəbul olunur, universitetin tələbə və məzunları ARDNŞ-nin həyata keçirdiyi təhsil proqramlarında fəal iştirak edir, müsabiqələrdə yüksək nailiyyətlər əldə edirlər.

Rövnəq Abdullayev bu nailiyyətlərinə görə universitet rəhbərliyini təbrik edib, onlara uğurlar arzulayıb. Qafqaz Universitetinin rektoru isə təmsil etdiyi ali təhsil ocağında görülən işlərdən danışıb, həyata keçirmək istədikləri yeni layihələr haqda ARDNŞ prezidentinə məlumat verib. Bu il universitetdə açılmış “Kimya mühəndisliyi” fakültəsi ilə “Azərikimya” İstehsalat Birliyi arasında qurulmuş sıx əməkdaşlıq münasibətlərə toxunan Ahmet Saniç qeyd edib ki, növbəti tədris ilində açılması planlaşdırılan “Mexanika mühəndisliyi” fakültəsi, habelə informasiya texnologiyaları sahəsində ARDNŞ ilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. ARDNŞ-nin perspektiv layihələrindən, o cümlədən kadr hazırlığı sahəsində həyata keçirdiyi proqramlardan ətraflı söz açan Rövnəq Abdullayev həmin sahələrdə Qafqaz Universiteti tələbələrinin şirkətin müvafiq idarə və müəssisələrində təcrübə keçmələri, kurs və diplom işləri hazırlamaları üçün gələcəkdə də hər cür şəraitin yaradılacağını nəzərə çatdırıb.

Görüşün sonunda Qafqaz Universitetinin rektoru bildirib ki, bu ilin mayında universitetdə keçirilmiş Tələbə Forumu çərçivəsində 3 mindən çox tələbənin səsverməsi əsasında ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayev “İlin idman adamı” seçilib. Səsvermədə iştirak etmiş tələbələr idman sahəsində keyfiyyətli və nümunəvi xidmətlərinə, həyata keçirdiyi yeniliklərə və qazandığı nailiyyətlərə görə Rövnəq Abdullayevə üstünlük veriblər. Ahmet Saniç “İlin idman adamı” nominasiyası üzrə diplomu Rövnəq Abdullayevə təqdim edib. ARDNŞ prezidenti layiq görüldüyü mükafata görə təşəkkürünü bildirib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF