Hər il nə qədər gənc işlə təmin olunur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq
tədbirini keçirib
Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, iyunun 22-də Qafqaz Universitetində tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç da iştirak ediblər. Füzuli Ələkbərov hər il yalnız belə tədbirlər nəticəsində 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu qeyd edib. Tədbirdə 79 müəssisə və təşkilat tərəfindən 687 boş iş yeri təqdim olunub. Həmin müəssisələrdən 9-u dövlət, 70-i qeyri-dövlət müəssisələridir. Bakı şəhəri üzrə bu vaxtadək «Karyerada ilk addım» devizi altında keçirilmiş aktiv məşğulluq tədbirlərində 1241 işəgötürən təşkilat tərəfindən 7915 boş vakant iş yeri təqdim olunub. Tədbirlərdə iştirak edənlərdən 2338 nəfərə göndəriş verilib, 1175 nəfər münasib işlə təmin edilib. Kifayət Publika.Az http://publika.az/news.php?id=7700 |