IEMAST Tempus Layihəsi Çərçivəsində Növbəti Təlimlər
28 June, 2012, Avropa İttifaqı tərəfindən dəstəklənən IEMAST
Sənaye Ekologiya layihəsi çərçivəsində növbəti təlim İspaniyanın
Katalonya Texniki Universitetində baş tutmuşdur. Təlimdə Qafqaz
Universitetindən Sənaye Mühəndisliyinin müəllimləri Nail Tahırov və
Pərviz Həsənov, Layihələr Ofisinin əməkdaşı Üzeyir Bağırov iştirak
etmişlər. Təlimlər yanaşı bir sıra praktiki tədris ərazilərinə və
laboratoriyalara gəzinti və təqdimatlar təşkil olunmuşdur.
Proqrama açılışı İspaniya üzrə layihə kordinatoru Jordi Segalas
etmişdir. Sonra layihə iştirakçıları ManresaTənd Təsərüfatı Kafedrasının
praktiki təlim ərazilərinə gəzinti təşkil edildi.
Bunun ardınca Monika Olsson-nun başçılığı ilə Sənaye Ekologiyası
Magistr proqramını təşkil edəcək dərslərin tədris nəticələri və
tələbələrin əldə edəcəkləri biliklərin Bolonya standartların
uyğunlaşdırmaq məqsədilə seminar təşkil edildi.
Növbəti günlərdə Azərbaycanda qurulması planlaşdırılan magistr
proqramının tədrisinin effektliyini artırmaq üçün proqram
iştirakçılarına Ətraf mühitin idarə edilməsi və Ekologiya mövzularında
təlimlər təşk edildi.
Üzeyir Bağırov