Qafqaz Universiteti beynəlxalq qurumun səlahiyyətli üzvü seçilib
27 June, 2012, Qafqaz Universiteti 23-26
aprel tarixlərində Almaniyanın Munih şəhərində “Dövlət Qurumları ilə
Əməkdaşlıq, Vətəndaş və Biznes Cəmiyyətində İnformasiya
Təhlükəsizliyinin Təmini və Terrorizminə Qarşı Mübarizə” mövzusunda
altıncı beynəlxalq forum və Beynəlxalq İnformasiya Mühafizə Araşdırma
Konsorsiumunun təşkil etdiyi beşinci elmi konfransda iştirak edib.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, bu ali təhsil ocağı eyni zamanda adı çəkilən quruma səlahiyyətli üzv seçilib. Qeyd edək ki, Qafqaz Universiteti 25-27 oktyabr 2011-ci il tarixlərində Çinin Çanqşa şəhərində təşkil edilmiş eyni adlı konfransın beşinci formunda iştirak edib və konsorsium üzvlüyünə müraciət edib. Bununla yanaşı Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik Məsələləri İnstitutu arasında IISRC-in fəaliyyətləri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Əsas təşkilatçılardan olan Qafqaz Universitetinin 17-19 oktyabr 2012-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil edəcək AICT2012 beynəlxalq konfransında (www.aict.info) İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanın yaradılması və s. bu silsilədən olan fəaliyyətlər, təhsil müəssisəsinin ən prioritetli sahələrindən birinə cevrilib.
http://www.mia.az/news/21639.htmlUniversitetin mətbuat xidmətindən verilən məlumata görə, bu ali təhsil ocağı eyni zamanda adı çəkilən quruma səlahiyyətli üzv seçilib. Qeyd edək ki, Qafqaz Universiteti 25-27 oktyabr 2011-ci il tarixlərində Çinin Çanqşa şəhərində təşkil edilmiş eyni adlı konfransın beşinci formunda iştirak edib və konsorsium üzvlüyünə müraciət edib. Bununla yanaşı Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik Məsələləri İnstitutu arasında IISRC-in fəaliyyətləri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Əsas təşkilatçılardan olan Qafqaz Universitetinin 17-19 oktyabr 2012-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil edəcək AICT2012 beynəlxalq konfransında (www.aict.info) İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanın yaradılması və s. bu silsilədən olan fəaliyyətlər, təhsil müəssisəsinin ən prioritetli sahələrindən birinə cevrilib.