Beynəlxalq Türk dili Olimpiadasına qatılan Azərbaycan nümayəndə heyətinin iştirakı ilə tədbir keçirilib

[ 27 İyun 2012 00:28 ] Bakı. Ramil Məmmədli – APA. Bakı Özəl Türk Liseyində Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadasına qatılan Azərbaycan nümayəndə heyətinin iştirakı ilə tədbir keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi rəisi Mesut Kurnaz çıxış edərək, Azərbaycan məktəblilərinin Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadasında iştirakı haqda məlumat verib. Azərbaycanlı məktəblilərin olimpiadada iştirakını yüksək dəyərləndirən M. Kurnaz deyib ki, 2003-cü ildən etibarən Türkiyədə Beynəlxalq Türk Dili Olimpiadası keçirilir.
Bu il 135 ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi 30 may - 14 iyun 2012-ci il tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub. Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər yayınlanıb. Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb. M. Kurnaz qeyd edib ki, Türkiyə prezidenti Abdullah Gül olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul edib: “Bu il İstanbul Sərgi Mərkəzində təşkil olunmuş sərgidə ən böyük stend Azərbaycana ayrılıb. Türk dili Olimpiadası yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edib. Olimpiadada bu il Azərbaycanı təmsil edən şagirdlərimiz 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasında 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıb. 10 İl müddətində isə Azərbaycanı təmsil edən şagirdlərimiz 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər”.
Daha sonra mərasim olimpiadada uğur qazanan Azərbaycan nümayəndə heyətinin üzvlərinin ifasında bədii hissə ilə davam etdirilib. Tədbirdə həmçinin, qaliblərə təşəkkürnamələr də təqdim olunub. Təqdimat zamanı çıxış edən professor Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və digərləri olimpiadanın əhəmiyyəti barədə danışaraq, bildiriblər ki, Beynəlxalq Türk Dili Olimpiadasının məqsədi türk dilinin - türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada əhatəli şəkildə tanınmasına və yayılmasına nail olmaqdır. Bu olimpiada hər zaman beynəlxalq arenada da medianın və ictimaiyyətin diqqət mərkəzindədir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF