Əli Həsənov Qafqaz Universitetində məruzə edib
08.06.2012 | 11:03
İyunun 7-də Qafqaz Universitetində aylıq seminar keçirilib.
Qafqaz Universitetinin Mətbuat xidmətindən
“Qafqazinfo”ya verilən məlumata görə, rektor, professor Ahmet Saniç
seminar iştirakçılarını salamladıqdan sonra bildirib ki, belə aylıq
seminarlar artıq ənənə halını alıb: “Hər ay bizizm dəvətimizlə
Azərbaycanın və dünyanın tanınmış alimləri, səfirlər, ictimai xadimlər
tələbələrin görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında
çıxış edirlər, tələbə və müəllimlərin suallarını cavablandırırlar. Bu
dəfəki seminarın məruzəçisi Azərbaycanın Baş nazirinin müavini Əli
Həsənovdur”.
Sonra Ə. Həsənov “Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” mövzusunda məruzə edib. O, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən bəhs edib.
Çağ Öyrətim şirkətinin sədri Enver Özeren Qafqaz Universitetinin təklifini qəbul edib gəldiyi üçün Ə. Həsənova təşəkur edib.
Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb. Qonağa Qafqaz Universitetinin fəxri plaketi təqdim edilib.
Nigar Məmmədli