Qafqaz Universiteti ilə Hitit Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Movqe.Az xəbər verir ki, Türkiyənin
Hitit
Universitetinin rektoru Prof.Dr. Reha Metin Alkan Azərbaycana səfəri zamanı bir neçə ali təhsil
müəssisələrini ziyarət edib. Ziyarətin əsas məqsədi qardaş Azərbaycanla Türkiyə
arasında təhsil əlaqələrini genişləndirmək Azərbaycanda olan təhsillə əlaqəli
yenilikləri qardaş ölkəyə aparmaq və ölkəsində olan təhsil yenilliklərini Azərbaycana
gətirməkdir.Rektor Reha Metin Alkan elə həmin gün Qafqaz Universitetinində qonağı olub.
Qafqaz Universiteti ilə Türkiyənin
Hitit
Universiteti arasında anlaşma memorandumunun imzalanmasıdır. Memorandumun
mahiyəti tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində
ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz
Universitetinin rektoru Ahmet Saniç və Türkiyənin Hitit Universitetinin rektoru Prof.Dr. Reha Metin Alkan imzalayıb.
Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyə
ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu bildirib.Türkiyənin Hitit Universitetinin rektoru Prof.Dr. Reha Metin Alkan isə deyib ki,
rəhbəri olduğu ali təhsil müəssisəsi Türkiyənin tanınmış və populyar
universitetlərindən biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki,
həmin məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün önəmli işlər görürlər.
Savadlı kadrların yetişdirilməsində Hitit Universitetinin önəmi çoxdur. Universitet
dünyanın müxtəlif ali təhsil müəssisələri ilə sıx əlaqələr saxlayır, bir sıra
beynəlxalq proqramlarda iştirak edir. Professor əlavə edib ki, səfərindən çox
razı qalıb və Azərbaycandan zəngin təəssüratla ayrılır. Çıxışının sonunda
rektor qeyd edib ki, Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə
çalışacaqdır.Görüşün sonunda qonağa Qafqaz Universitetinin rektoru Ahmet Saniç tərəfindən
universitetin Günün anısına xatirə Plaketi təqdim olunub.
E.F.N
http://www.movqe.az/v5/3157/Qafqaz_Universiteti_il%C9%99_Hitit_Universiteti_aras%C4%B1nda_anla%C5%9Fma_memorandumu_imzalan%C4%B1b./