İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ : 19-20 iyun 2012, Qafqaz Universiteti
İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ
HAQQINDA
2-GÜNLÜK SEMİNAR-TƏLİM
19-20
iyun 2012, Qafqaz Universiteti
Qafqaz
Universiteti, BM Technologies, BitDefender, Lancelot İnstitutu
və IEEE
Kompüter Cəmiyyətinin Azərbaycan bölməsinin birgə təşkilatçılığı ilə 19-20 iyun
2012-ci il tarixlərində Qafqaz Universitetində təşkil ediləcək informasiya
təhlükəsizliyi haqqında 2 günlük seminarda iştirak üçün qəbul elan
edir.
Seminar
haqqında və məqsədləri: Bugün
həyatımızın hər bir yerində (iş yerimizdə, ünsiyyətdə, təhsildə, əyləncədə və
digər yerlərdə) tətbiq etdiyimiz kompüter şəbəkələri infrastrukturunda şəxsi,
maliyyə və dövlətə məxsus informasiyaların əldə edilməsi, istifadəsi və
saxlanılması əsas problemlərdən biri kimi hesab edilir. Təşkil edilmiş seminarın
əsas məqsədi uzun illər ərzində əldə edilmiş təcrübələri ali təhsil
müəssisələri, dövlət, biznes, özəl sektor və digərləri ilə paylaşmaq, eyni
zamanda kiberaləmdə həssas və məxfi məlumatların qorunması üçün səmərəli
həllərin tapılmasıdır.
Beynəlxalq
səviyyədə tanınmış təlimçilər - Aman Bhar (Lancelot İnstitutu), Ligia Adam və
Catalin Cosoi (BitDefender) tərəfindən veriləcək seminar aşağıdakı mövzuları
əhatə edir:
- İnformasiya təhlükəsizliyinə giriş
- Təhlükəsizlik tədbirləri və zəif nöqtələr
- Mobil proqramların təhlükəsizliyinə giriş
- Veb proqramların təhlükəsizliyi həlləri və əldə edilmiş təcrübələrin analizi.
- Dövlət kiber təhlükəsizlik strategiyası
- Dövlət İnternet resursları üçün təhlükəsiz və etibarlı platformanın qurulması
- Veb mühitində hücumların təsnifatı və yeni təhlükəsizlik trendləri
BÜTÜN
MARAQLANAN ŞƏXSLƏR SEMİNARDA İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİLİR. SEMİNAR-TƏLİM
ÖDƏNİŞSİZDİR.
İştirak
etmək üçün qeydiyyat zəruridir.
Seminar
İNGİLİS dilində tədris ediləcəkdir.
Yerlərin
sayı məhduddur. Seminarın sonunda iştirakçılara sertifikat
veriləcəkdir.
Hər
hansı sualınız yaranarsa, aşağıdakı elektron ünvana göndərə
bilərsiniz: anrustemov@qu.edu.az (Anar
Rüstəmov)