Beynəlxalq Türk Dili Olimpiadasının azərbaycanlı qaliblərilə görüş keçirilib

Bakı Özəl Türk Liseyində Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycanı təmsil edən şagirdləri ilə görüş keçirilib.


“Qafqazinfo”nun məlumatına görə, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri Ənvər Özərən Olimpiadada qalib gəlmiş şagirdləri təbrik edib.
Açıq havada keçirilən tədbirdə valideynlər də iştirak ediblər.

Qeyd edək ki, Olimpiadanın bu ilki 10-cu yubileyində Azərbaycan 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıb. 10 il müddətində isə Azərbaycanı təmsil edən şagirdlərimiz 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər.

Nigar


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır