“Azərbaycan Oracle İstifadəçiləri Qrupu” təsis edilib
|
Qafqaz Universitetində Azərbaycan Oracle İstifadəçiləri Qrupunun (AzerOUG) ilk rəsmi görüşü baş tutub.
“APA-ECONOMICS”in xəbərinə görə, qrupun məqsədi Azərbaycanda “Oracle” texnologiyaları üzrə mütəxəssisləri və bu texnologiya ilə yenicə tanış olanları bir araya gətirmək, bu sahənin inkişafı üçün müxtəlif tədbirlər təşkil etməkdir.
Tanışlıq xarakteri daşıyan görüşü qrupun təsisçisi Kamran Ağayev açaraq, qrupun məqsədi, gələcək fəaliyyət planı, hədəflər və digər beynəlxalq qruplarla gələcək əlaqələri haqqında məlumat verib. O, qrup görüşlərinin hər ay keçiriləcəyini və bu görüşlərdə üzvlərin müxtəlif mövzularda çıxış edəcəklərini, qarşılıqlı diskussiyalar aparacaqlarını, gələcəkdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ekspertləri də Azərbaycana dəvət edib seminar vermələrinin təşkil ediləcəyini vurğulayıb.
Daha sonra Ramin Orucov “Oracle” proqramlaşdırma ilə bağlı planlaşdırılan seminar, təlim, dərsliklər və s. haqda danışıb. “AzerOUG” və “SQL.AZ” saytı ilə birgə planlaşdırılan Oracle PL/SQL proqramlaşdırma dərslikləri ilə bağlı qısa məlumat verilib.
Qrupun dəstəkçilərindən biri olan “SQL.AZ2 saytının qurucuları Samir və Ramin Səmədov qardaşları 1,5 yaşı olan saytın fəaliyyəti və əldə etdikləri nəticələr, uğurlar haqda məlumat veriblər. Onlar Azərbaycan dilində nəşr olunmuş “SQL asan yanaşma yolu” adlı ilk “Oracle SQL” kitabının müəllifləridir.
Sonda “Unibank”ın İT direktoru Vurğun Hacıyev Azərbaycanda belə bir qrupun yaradılmasından çox məmnun olduğunu və tələbələr, gənc mütəxəssislər üçün belə qruplara qoşulmağın, aktiv iştirak etməyin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, “Oracle” verilənlər bazası dünyada verilənlər bazasının idarə olunması sistemləri arasında birinci yerdə gəlir. Dünyanın ən böyük bankları, sığorta şirkətləri, dövlət orqanları, telekommunikasiya şirkətləri, səhiyyə orqanları və s. bu kimi böyük məlumata sahib olan idarə və orqanlar “Oracle” verilənlər bazasından istifadə edir.