Qafqaz Universiteti ilə Türkiyənin Hitit Universiteti arasında memorandum imzalanıb
Türkiyənin Hitit Universitetinin rektoru
Prof.Dr. Reha Metin Alkan Azərbaycana səfəri zamanı bir neçə ali təhsil
müəssisələrini ziyarət edib.
Rektor Qafqaz Universitetinin də qonağı olub və
anlaşma memorandumu imzalanıb. Universitetin mətbuat xidmətindən
“Qafqazinfo”ya verilən məlumata görə, memorandumun mahiyəti tərəflər
arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi
maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz
Universitetinin rektoru Ahmet Saniç və Türkiyənin Hitit Universitetinin
rektoru Prof.Dr. Reha Metin Alkan imzalayıb. Görüşdə çıxış edən Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyə ilə Azərbaycanın
dost və qardaş ölkə olduğunu bildirib. Türkiyənin Hitit Universitetinin
rektoru Prof.Dr. Reha Metin Alkan isə deyib ki, rəhbəri olduğu ali
təhsil müəssisəsi Türkiyənin tanınmış və populyar universitetlərindən
biridir. Bu təhsil ocağı hər il minlərlə məzun buraxır ki, həmin
məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün önəmli işlər görürlər.
Çıxışının sonunda rektor qeyd edib ki, Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə çalışacaq.
Görüşün sonunda qonağa Qafqaz Universitetinin rektoru Ahmet Saniç tərəfindən universitetin Günün anısına xatirə Plaketi təqdim olunub.
Nigar Məmmədli
Çıxışının sonunda rektor qeyd edib ki, Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə çalışacaq.
Görüşün sonunda qonağa Qafqaz Universitetinin rektoru Ahmet Saniç tərəfindən universitetin Günün anısına xatirə Plaketi təqdim olunub.
Nigar Məmmədli