Qafqaz Universiteti “Karyerada ilk addım” devizi altında Əmək Yarmarkası keçirir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi Bakı şəhəri Məşğulluq İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzi “Karyerada ilk addım” devizi altında Əmək Yarmarkası keçirir.
Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri Məşğulluq
İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzi ilə birlikdə işaxtaran
vətəndaşların, xüsusilə də ali təhsil müəssisələrində tələbələrin və həmçinin
bu ali təhsil ocaqlarını yeni bitirmiş məzunların sosial müdafiəsinin
gücləndirilməsi və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə Əmək
Yarmarkası keçirir.
Bununla
əlaqədar işaxtaran vətəndaşlarla işəgötürən müəssisə və təşkilatlar arasında
əlaqələri gücləndirməklə, onların əmək bazarına inteqrasiyasını asanlaşdırılması
istiqamətində “Karyerada ilk addım” devizi altında 22 iyun 2012-ci il il tarixdə
Qafqaz Universitetində Əmək Yarmarkası keçirilir. Tədbirdə Bakı şəhərinin Rayon
Məşğulluq Mərkəzləri, eləcə də Qafqaz Universiteti ilə əməkdaşlıq edən 100-ə
yaxın işəgötürən müəssisə və təşkilat iştirak edir. Bunlardan 10-u dövlət, digərləri
isə qeyri-dövlət müəssisələridir. İşəgötürənlər tədbirə 700-ə yaxın boş
(vakant) iş yerləri təqdim etmişlər, onlardan 98-i dövlət, 599-u isə qeyri-dövlətdir.
Tədbirin
əsas məqsədi məzun və tələbələrə yiyələndikləri ixtisaslar üzrə əmək bazarında
olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı
ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir
tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına zəmin
hazırlamaq, eyni zamanda işaxtaran vətəndaşların da layiqli işlə təmin
olunmalarına köməklik göstərilməsidir.
Bu tədbirdə iri şirkət və kompaniyalarından Azərcell Telekom
MMC , Bakcell LTD MMC, European Tobacco–Baku ASC, Azərsun Holdinq MMC, Veysəloğlu
Yayıcılı Qardaşlar MMC, Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti,
İmprotex Travel MMC, Azərikimya İB, Metak, Nurgün Holdinq, “Atəşgah” sığorta
şirkəti, “Ataturizm” MMC, “Paşa Travel” MMC, “Royal Bank” ASC, “Ata Holding”
ASC və digər iri şirkətlər iştirak edirlər.
2008-ci
ildən başlayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə Qafqaz Universitetinin birgə layihəsi olan “Karyerada ilk addım”
devizi altında baş tutmuş əmək yarmarkalarında 396 işəgötürən təşkilatlar
işaxtaran və işsiz vətəndaşların ixtiyarına 2721 boş vakant iş yerləri təqdim
etmişdir. Tədbirlərdə iştirak etmiş işaxtaran vətəndaşlardan 622 nəfərə
göndəriş verilmiş, 246 nəfəri münasib işlə təmin edilmişdir.
Bu tədbirin
gedişində bir sıra kreativ yanaşmalar diqqəti cəlb edir. Tədbirdə işaxtaran
vətəndaşlar və peşəyönümü üzrə müasir texnologiyalar əsasında məsləhət almaq
istəyənlər üçün seminar-treninq təşkil edilmişdir.
Dos.Dr. Isa
Qasımov