Qafqaz Universiteti Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumuna səlahiyyətli üzv seçilmişdir
Bakı, 28 iyun (AzərTAc). Qafqaz Universiteti
Almaniyanın Münxen şəhərində “Dövlət qurumları ilə əməkdaşlıq, vətəndaş
və biznes cəmiyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi və
terrorizmə qarşı mübarizə” mövzusunda altıncı beynəlxalq forumda və
Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumunun ("IISRC -
International Information Security Research Consortium") təşkil etdiyi
beşinci elmi konfransda iştirak etmişdir. Universitet adı çəkilən quruma
səlahiyyətli üzv seçilmişdir.
Qafqaz Universitetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, universitet ötən il Çinin Çanqşa şəhərində təşkil edilmiş eyni adlı konfransın beşinci forumunda da iştirak etmiş və konsorsiuma üzv olmaq üçün müraciət etmişdir.
Bundan başqa, bu il oktyabrın 17-dən 19-dək Tbilisidə İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 6-cı Beynəlxalq Konfrans (AICT2012) keçiriləcəkdir. Qafqaz Universiteti tədbirin əsas təşkilatçılarındandır.