Türkiyənin İstanbul şəhərində X beynəlxalq Türk dili olimpiadası keçirilir


image X beynəlxalq Türk dili olimpiadasında Azərbaycan uğurla təmsil olunur

X beynəlxalq Türk dili olimpiadasında Azərbaycan uğurla təmsil olunur
Türkiyənin İstanbul şəhərində keçirilən X beynəlxalq Türk dili olimpiadasında Azərbaycan uğurla təmsil olunub.  İstanbulda reallaşan Beynəlxalq Türk dili olimpiadasında dünyanın 135 ölkəsindən müxtəlif xalqlar təmsil olunur. Onların arasında Azərbaycan da var. 1500 məktəblinin qatıldığı X  Beynəlxalq Türk Dili Olimpiadasının əsas məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanış olmaq, onları bir araya gətirməkdir. Ənənəvi olimpiada təkcə türk dilinin təbliğinə deyil, insanlar arasında sevginin, dostluğun artırılmasına, xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Yarışmada şagirdlər inşa, qrammatika, nitq, xalq rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14 kateqoriyada çıxış edirlər. 
 
İstanbulun Sərgi Mərkəzində reallaşan stendlərdə iştirakçı ölkələrin mədəniyyəti, tarixi abidələri, turizm obyektləri və milli mətbəxini əks etdirən eksponatlar nümayiş olunub. Sərgidə ölkəmizin tarixi abidələri, mətbəxi, milli şirniyyatları xalq çalğı alətləri, bir sözlə Azəbaycanı tanıtmaq üçün lazım olan hər şey qonaqların ürəyincə olub. 
 
Olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində Azərbaycana həsr olunan konsert proqramı da keçirilib. Azərbaycanı bu olimpiadada təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə seçilir.
Minlərlə tamaşaçının qatıldığı tədbirdə məktəblilərimizin ifa etdiyi Azərbaycan və Türkiyə milli folkloruna aid xalq mahnıları, rəqslər, şerlər tamaşaçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, 10-cu beynəlxalq Türk dili olimpiadası iyunun 14-dək davam edəcək. Qalib ölkə qızıl medalla mükafatlandırılacaq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır