Türkiyədə hər il keçirilən Beynəlxalq Türk dili olimpiadası start götürüb
Bu il 10 illik yubileyini qeyd edən
olimpiada iyunun 14-dək davam edəcək. “Qafqazinfo”nun məlumatına görə,
Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu olimpiadaya 140
ölkədən minlərlə iştirakçı qatılıb.
İştirakçılar türk dilində şer söyləyir, rəqs edir və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirirlər. Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb.

Qeyd edək ki, X Türk Dili Olimpiadasının açılış mərasimində iştirak etmək üçün “Çağ” Öyrətim İşlətmələri Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edib. İyunun 1-dən 3-dək davam edəcək səfər çərçivəsində Azərbaycan media nümayəndələri bu gün Beynəlxalq Türk Dil Olimpiadası ilə bağlı tədbirlərə qatılıb, olimpiada çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyətini tanıtma tədbirində iştirak ediblər.