Türkiyədə 10-cu Beynəlxalq Türk dili Olimpiadası keçirilir

İstanbul, 2 iyun, SalamNews, V.Həsənli. Mayın 30-da Türkiyədə 10-cu Beynəlxalq Türk dili Olimpiadası başlayıb.
SalamNews-un Türkiyəyə ezam olunan xüsusi müxbiri xəbər verir ki, Çağ” Öyrətim ŞirkətininQafqaz Universitetinin təşkilatçılığı ilə iyunun 1-dən Türkiyədə səfərdə olan Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin 50-yə yaxın əməkdaşı da sözügedən tədbirə qatılıb.
İyunun 3-dək İstanbulda səfərdə olacaq Azərbaycanın KİV təmsilçiləri olimpiadanı işıqlandıracaqlar.
Olimpiadada 140 ölkədən nümayəndə iştirak edir. Məqsəd türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir.
Olimpiada çərçivəsində bu gün həmçinin İstanbul Sərgi Mərkəzində Azərbaycan gününə həsr olunan tədbir təşkil olunub.
Qeyd edək ki, Olimpiada iyunun 14-dək davam edəcək.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır