Məzunlarımızla Beynəlxalq Türk dili Olimpiadasında - İstanbul 2012

Türkiyənin, eləcə də digər türkdilli ölkələrin hər il fərəh və göz yaşları ilə izlədikləri Beynəlxalq Türk Dili Olimpiadasının builki mərhələsi öz işinə başladı. 2003-cü ildə 17 ölkədən 62 məktəblinin iştirakı ilə ilk müsabiqəsini keçirən Beynəlxalq Türk Dili Olimpiadası builki, onuncu yarışın məşəlini 135 ölkədən gəlmiş 1500 məktəblinin iştirakı ilə yandırdı.
Məzun Koordinasiya Şöbəsi 15 nəfərlik məzun qrupuyla 2012-ci ilin May ayının 31-dən İyun ayının 4-ə kimi İstanbulda keçirilən Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etdi. Məzunlar 135 ölkənin stendlərini gəzdilər, onların mədəni tarixi irslərini həmin ölkəni təmsil edən iştirakçılardan öyrəndilər. 135 fərqli ölkədən iştirakçı vardı, amma 1 dil-TÜRK dilində danışırdılar bütünlüklə.
Olimpiadada iştirakdan sonra məzunlar İstanbulun tarixi yerlərini gəzib gördü. Sultanahmed camisi, Ayasofya camisi, Fatih camisi, Eyyub camisi, Kapalıçarşını gəzdilər, Boğaz turuna çıxdılar. Aziz Mahmud Hudayi Həzrətlərinin qəbrini ziyarət edib "Sağlığımızda bizi, vəfatımızdan sonra qəbrimizi ziyarət edənlər və türbəmizin önündən keçdiyində Fatiha oxuyanlar bizimdir. Bizi sevənlər dənizdə boğulmasın, axır ömürlərində kasıblıq çəkməsin, imanlarını qurtarmadıqca köçməsin" duasını aldılar.
Bununla yanaşı alış-verişə çıxan məzunlarımız özləriylə xeyli hədiyyə gətirdilər Azərbaycana.
Çox xoş təəssüratlarla İstanbuldan ayrılan məzunlarımız bu yüksək təşkilatçılıq üçün Qafqaz Universitetinə, ayrıca Məzun Koordinasiya şöbəsinə təşəkkürlərini bildirdilər.
 Anar Məmişov
http://qu.edu.az/view_news.php?news=2344&link=489&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır