Milli Kvalifikasiyalar Çərçivəsinin Tətbiqi:Problemlər və Perspektivlər mövzlu beynəlxalq seminar keçirildi

5-6 iyun 2012 –ci ildə, Azərbaycan Republikası Təhsil Nazirliyi və bir sıra beynəxlaq təşkilatların birgə təşkilatçılığı ilə, Avropa otelində keçirilən beynəlxalq seminarda Qafqaz Universitetinin mütəxəssisləri də məruzə ilə çıxış etdi. 
“Tələbə və məzunların karyera planşadırılmasında metodlar”  və “Universitet və sənaye müəssisələri arasında əməkdaşlığın başlıca istiqamətləri” mövusunda 2 müxtəlif təqdimatla Qafqaz Universitetinin Karyera Planlama Mərkəzinin müdiri  Dos. İsa Qasımov, “İş həyatına ilk addım” mövzusunda təqdimatla isə Qafqaz Universitetinin Daimi inkişaf Mərkəzinin müdiri Vüsal Rzayev məruzə etdi. Təqdimatlar həm yerli mütəxəssislər, həm də Avropa ekspertləri tərəfindən xüsusi marağa səbəb oldu. Hər üç məruzə əsasında xeyli müzakirələr aparıldı. Qeyd olundu ki, Azərbaycanda Milli Kvalifikasiyaların hazırlanması zamanı Qafqaz Universitetinin təcrübəsi mühüm əhəmiyyətə malikdir və bu potensial nümunə olaraq digər universitetlərdə də tətbiq edilməli və milli kvalifikasiyaların hazırlanmasında nəzərə alınmalıdır.
 
            Beynəlxalq seminarda digər təqdimat və məruzəçilər isə aşağıdakı kimi idi.
  •  “Avropa Ali Təhsil Məkanında kvalifikasiya çərçivələrinin rolu” mövzusunda təqdimat, Katia Dolqova-Dreyer, Avropa Şurasının nümayəndəsi
  • “Milli Kvalifikasiyalar Çərçivəsinin ali təhsildən başqa təhsilin digər pillələrində tətbiqi” mövzusunda təqdimat, Aryen Deij, Avropa Təhsil Fondunun eksperti  
  • “Ömürboyu Təhsil üzrə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsinin hazırlanması və tətbiqi” mövzusunda təqdimat, prof. Olav Aarna, Dünya Bankının eksperti
  • “Kurikulumların təkmilləşdirilməsi prosesində təlim nəticələrindən istifadə metodları və tələbələrin təlim nəticələrinin qiymətləndirilməsi” mövzusunda təqdimat, Stefan Adam, Avropa Şurasının eksperti
  • “Ömürboyu təhsilə cəlbolunma və ömürboyu təhsilin tanınması: inlküziv və çevik universitet strategiyalarının rolu” mövzusunda təqdimat, prof. Volker Gehmlix, Almaniyanın  Osnabrük Tətbiqi Elmlər Universitetinin Biznesin idarəedilməsi və sosial elmlər fakültəsinin eksperti
  • “Təlim nəticələrinin tətbiqi: ali təhsildə kvalifikasiyalar və kurikulum islahatları” mövzusunda təqdimat, prof. Yeva Çmieleçka, Polşanın MKÇ üzrə İşçi qrupunun üzvü, Bolonya prosesi üzrə ekspertlər qrupunun sədri, Varşava Biznes Məktəbinin eksperti
  • “Sahələr üzrə kvalifikasiya standartlarının hazırlanmasında peşə standartlarının rolu” mövzusunda təqdimat, İlkin Nəzərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi
  • “Milli Kvalifikasiya Çərçivələrinin tətbiqi ilə bağlı Xorvatiya təcrübəsi” mövzusunda təqdimat, Ana Qorsik, Xorvatiyanın Elm, Təhsil və İdman Nazirliyinin nümayəndəsi  
  • “MKÇ - təhsil alanların nöqteyi-nəzərindən” mövzusunda təqdimat, Nivina Vuksanoviç, Avropa Tələbələr Birliyinin eksperti
  • “Peşəkar inkişaf və MKÇ” mövzusunda təqdimat, Naycl Loyd, Birləşmiş Krallığın “Kembric Peşəkar İnkişaf MMC”-nin nümayəndəsi 
Seminarın sonunda yekun müzakirələr aparıldı. Qeyd olunan tövsiyələr qiymətləndirildi və milli kvalifikasiyaların hazırlanmasında nəzərə alınması üçün müvafiq mərhələyə təqdim olundu.
Dos. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır