Beynəlxalq Türk dili olimpiadası - 10 il


Türkiyədə ənənəvi Beynəlxalq Türk dili olimpiadası keçiriləcək. Bu il 10 illik yubileyini qeyd edəcək olimpiada mayın 30-dan 14-dək davam edəcək. SİA-nın xəbərinə görə, Azərbyacan nümayəndə heyətinin də təmsil olunacağı olimpiadaya 140 ölkədən minlərlə iştirakçı qatılacaq.
İştirakçı türk dilində şer söyləyəcək, rəqs edəcək və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirəcəklər. Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb. Ümummilli lider Heydər Əliyev 2007-ci ildə olimpiadada “Atatürk Türk Ödülü”nə layiq görülüb.
Qeyd edək ki, olimpiadanın açılış mərasimində iştirak etmək üçün Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edəcək. İyunun 1-dən 3-dək davam edəcək səfər çərçivəsində Azərbaycan media nümayəndələri Beynəlxalq Türk Dil Olimpiadası ilə bağlı tədbirlərə qatılacaq, olimpiada çərçivəsində təşkil olunacaq Azərbaycan mədəniyyətini tanıtım tədbirində iştirak edəcəklər.
Könül Kamilqızı
http://www.sia.az/index.php?action=static_detail&static_id=226192 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır