Balaca artistlər X Beynəlxalq Türk dili Olimpiadasına yollanacaq

Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının rəqs kollektivi X Beynəlxalq Türk dili Olimpiadasına dəvət alıb.

Xəbəri AzadlıqRadiosuna Musiqili Komediya Teatrının mətbuat xidməti verib.

30 may-14 iyun tarixlərində baş tutacaq 10-cu Beynəlxalq Türk dili Olimpiadasında 140 ölkədən nümayəndə iştirak edəcək.

Olimpiadanın məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir.

2003-cü ildən keçirilən bu olimpiadaya maraq ildən-ilə artır. Bunu olimpiadada iştirak edən dövlətlərin sayı da sübut edir. Əgər 2003-cü ildə keçirilən ilk türk dili olimpiadasına 17 ölkə qatılmışdısa, sayca 10-cu olan builki yarışmada 140 ölkədən nümayəndə iştirak edəcək.

Olimpiadada İtaliya, Bosniya-Hersoqovina, Ukrayna, Qazaxıstan, Türkmənistan, İndoneziya və digər ölkələrdən olan uşaqların ifasında türk dilində şeir, mahnı səsləndirilir, rəqslər oynanılır.
Olimpiada müxtəlif nominasiyalar üzrə yarışları - mahnı, şeir, şərqi, tanıtım stendləri və s. müsabiqələri əhatə edir.

Xatırladaq ki, festivalda kollektivin 8 yaşdan 13 yaşa kimi olan 26 solisti iştirak edəcək.

Yaradıcılıq studiyasının rəqs kollektivi dünyanın müxtəlif ölkələrindən gəlmiş, ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlərlə birlikdə türkcə söyləyəcəkləri şeir və mahnılarla, eləcə də milli və dünya rəqsləri ilə türk dilinin sevgi, barış dili olduğunu bir daha Yer kürəsinə çatdıracaq.
http://www.azadliq.org/content/article/24581276.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır