Qafqaz Universitetinin müəllimi Rəhman Quliyev TQDK-nın test kitabçası ilə bağlı məruzə etmişdir
Bakı, 5 mart (AzərTAc). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında
(TQDK) Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar
keçirilmişdir.
TQDK-dan AzərTAc-a bildirmişlər ki, seminarda Azərbaycan dili fənnindən VI sinif üzrə test kitabçasının müzakirəsi olmuşdur.
Bakı və Sumqayıt şəhərlərinin orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, eyni vaxtda, onlayn rejimində internet vasitəsilə TQDK-nın Gəncə, Şəki, Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də bu seminarda iştirak etmiş və gündəlik məsələ ilə bağlı təkliflərini vermişlər.
Qafqaz Universitetinin müəllimi Rəhman Quliyev test kitabçası ilə bağlı məruzə etmişdir. Azərbaycan dili fənnindən V sinif üzrə test kitabçasının texniki və redaktə xarakterli düzəlişlər nəzərə alınmaqla qənaətbəxş olduğu qərara alınmışdır.
Növbəti seminarda VII sinif üzrə test kitabçasının müzakirəsi olacaqdır.