Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisi sədrinin 1-ci müavini Bakı Özəl Türk Liseyində olub

Martın 16-da Türkiyə Cümhuriyyətinin sabiq Təhsil Naziri və Böyük Millət Məclisi sədrinin 1-ci müavini Mehmet Sağlam Bakı Özəl Türk Liseyində olub. Görüşdə  “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren və “Qafqaz” Universitetinin rektoru Ahmet Saniç də iştirak edib. 
Qonaq əvvəlcə liseyin tədris şəraiti ilə tanış olub. Sinif otaqlarını, kitabxanasını, laboratoriyalarını gəzib. tətbiq olunmuş yeni tədris texnologiyaları ilə tanış olub. Görüş zamanı E. Özeren “Çağ” Öyrətim  İşlətmələri tədris müəssisələrinin təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə məlumat verib. Məzunlarının TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamalarından, şagirdlərinin respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanmalarından danışıb. Təhsildə bu uğurların daha da yüksəldilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib. 
Qonaq liseylə tanışlıqdan sonra burada şagirdlər üçün hazırlanmış şəraitdən və  “Çağ” Öyrətim  İşlətmələri tədris müəssisələrinin təhsildə əldə etdiyi uğurlarından məmnun olduğunu bildirərək və onlara təhsildə uğurlar arzulayıb
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF