Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Prof. Mirdaməd Sadıqovun konfransa təqdim olunmuş məruzəsindən:
Qafqaz Universitetində 17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin
20-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Prof. Mirdaməd
Sadıqovun konfransa
təqdim olunmuş məruzəsindən:
· Zəngin tarixə və ənənələrə malik Azərbaycan Dövlət
Aqrar Universitetinin rektorluğu, professor-müəllim heyəti və tələbələri
adından Sizi, görkəmli təhsil fədaisini “Çağ Öyrətim İşlətmələri”şirkətinin
yaradılmasının 20 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
· Məhz Heydər Əliyevin xeyir-duası ilə az sonra
Naxçıvanda həyata vəsiqə alan “Çağ Öyrətim İşlətmələri”şirkəti və onun tərkib
hissələri olan Araz kursları, Azərbaycan-Türkiyə özəl liseyləri milli
təhsilimizin inkişafında layiqli yerini tutdu. Bu Şirkətin dünya miqyaslı
fəaliyyətinə çox yaxşı bələd olan Ulu Öndər Heydər Əliyev Azərbaycanda onun
daha böyük uğurlara imza atacağına inanırdı.
· Bu gün Bakıda, Respublikanın 8 şəhərində, o
cümlədən, Gəncədə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərində
müasir təhsil standartlarının tələblərinə uyğun olaraq, Azərbaycan dili ilə
yanaşı ingilis dilində də tədris təşkil edilir.Bu liseylərin şagirdləri hər il
Respublika və dünya miqyasında keçirilən olimpiadalarda böyük uğurlar əldə etmiş,
dəfələrlə müxtəlif fənlər üzrə birincilər sırasına çıxmış, Azərbaycana qızıl,
gümüş və bürünc medallar qazandırmışlar. Lisey məzunlarının 95-99%-i ölkəmizin,
o cümlədən, MDB, Avropa, Amerika, Yaponiya və Çinin məşhur Universitetlərində
təhsillərini uğurla davam etdirirlər.
· “Çağ Öyrətim İşlətmələri”şirkəti fəailiyyətini
təkcə təhsil uğurları ilə məhdudlaşdırmır. Şirkət həmçinin müasir düşüncə
tərzinə malik, vətənpərvər, yurd-vətən sevgisi ilə yaşayan gənclərin
yetişdirilməsində də qətiyyətli addımlar atır. Burada torpaqlarımız uğrunda
şəhid olanların anım günləri, qədim tariximiz, mədəniyyətimiz və milli-mənəvi
dəyərlərimizlə bağlı keçirilən tədbirlər gəncliyin hərtərəfli
formalaşmasına əsaslı zəmin yaradır.
· Ölkəmizdə kənd təsərrüfatı üzrə baza ali təhsil müəssisəsi olan Azərbaycan
Dövlət Aqrar Universitetində kənd təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssis
hazırlığı aparılır.
· Son 3 ildir ki, Azərbaycan Dövlət Aqrar
Universiteti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı
sayəsində özünün yeni inkişaf yolunu keçmişdir.
· 2009-2011-ci illərdə
Universitetin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulmuş, kompyuter
texnikası, tədris avadanlıqları ilə təchiz edilmiş, elektron kitabxana
yaradılmış, pedaqoji heyət perspektivli gənclər hesabına mohkəmləndirilmişdir.
Elektron kitabxana yüksəksürətli xətli və xətsiz internet şəbəkəsinə qoşulmuş,
kompyuterlərlə təchiz olunmuşdur.
· Universitetdə informasiya təminatının
səmərəliliyini artırmaq məqsədi ilə daxili lokal şəbəkə yaradılmış, ADAU-nun
saytı açılmış, bütün yeniliklər bu saytın vasitəsilə ictimaiyyətə çatdırılır.
· Ali Attestasiya Komissiyasının qərarı ilə
Universitetdə 5 ixtisas və 8 şifr üzrə fəlsəfə doktoru və elmlər doktoru
dissertasiyalarının müdafiəsi üzrə elmi şuralar fəaliyyət göstərir.
· Son 3 ildə ADAU-nun beynəlxalq imicinin
formalaşması və nüfuzunun artırılması istiqamətində məqsədyönlü işlər
görülmüşdür.
· Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin
İstanbul Universiteti, Ərzurum Atatürk Universiteti, Qars Qafqaz Universiteti,
Van 100-cü İl Universiteti, Fırat Universiteti ilə tədris-elmi əlaqələr qurmuş,
müəllim-tələbə mübadiləsi aparır, alimlərimizin elmi əsərləri həmin
Universitetlərin elmi məcmuələrində dərc olunur.
· 2011-ci il oktyabrın 3-də Universitetdə “Qafqaz
ölkələri, Türk Cümhuriyyəti və Türkiyə Universitetlərinin tədqiqat əməkdaşlığı”
mövzusunda ikinci zirvə toplantısı keçirilmişdir. Analoji birinci toplantı
2009-cu ilin noyabr ayında Türkiyənin Elazıx şəhərində Fırat Universitetində
təşkil olunmuşdur.
· Çox fərəhli hadisədir ki, bu il fevralın 16-da
sayın rektor Ahmet Sanic cənabları Gəncədə, Azərbaycan Dövlət Aqrar
Universitetinin qonağı olmuş, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti və
Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları arasında üçtərəfli memorandum
imzalanmışdır. Bu gün Universitetimizin professor-müəllim heyəti və tələbələri
həmin imzalanma mərasiminin dərin təsiri ilə yaşayırlar. Biz əminik ki, bu
memoranduma əsasən Universitetlərimiz arasında tədris və elmi əlaqələr daha da
möhkəmlənəcək, tələbə-müəllim mübadiləsi genişlənəcək,
dostluğumuz və qardaşlığımız əbədi hökm sürəcəkdir.