Bu gün Qafqaz Universitetində “Müasir Azərbaycan təhsili və
Çağ Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın verdiyi
xəbərə görə, konfrans Təhsil Nazirliyinin, Çağ Öyrətim İşlətmələr
Şirkəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Çağ Öyrətim Şirkətinin qurulumasının 20 iliyinə həsr olunan konfransda
təhsil naziri Misir Mərdanov, ali təhsil müəssisələrinin rəhbərləri,
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və millət vəkilləri
iştirak edib.
Qafqaz Universitetinin rektoru
Ahmet Saniç bildirib ki, 1993-cü ildə yaradılan təhsil ocağı hazırda 52
fakultə ilə fəaliyyətini davam etdirir. Onun sözlərinə görə,
universitetin əsas məsələlərindən biri azərbaycançılıq səviyyəsinin
yüksəldilməsi, bu amilin daha da yetişdirilməsindən ibarətdir. Rektor
bildirib ki, bu universiteti bitirənlər gələcəkdə Azərbaycanı xarici
diasporun üzvləri olaraq təmsil edir.
Türkiyənin
Azərbaycandakı səfiri Hulusi Kılıçın sözlərinə görə isə Azərbaycanda
fəaliyyət göstərdiyi 4 il ərzində iki qardaş ölkənin təhsili durmadan
inkişaf edir. Onun fikrincə, Türkiyə universitetləri məzunları
Azərbaycanın yaxın gələcəyi üçün önəmli kadrlar hesab olunur: “Təhsil
vasitəsilə ölkələr arasında körpülər qurmaq mümkündür. Bu körpülər isə
nə qədər çox sağlam olarsa, bir o qədər əlaqələr inkişaf edər”.
Təhsil
naziri Misir Mərdanov bildirib ki, Çağ Öyrətim İşlətmələr Şirkəti ulu
öndər Heydər Əliyevin imzaladığı sənədə əsasən 1991-ci ilin noyabrda
fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bugün dünyanın 150-dən
ölkəsində şirkətin müxtəlif filialları fəaliyyət göstərir: “20 il
ərzində bütün məktəbləri Azərbaycan təhsili üçün nümunə rolunu oynayır.
Çətin zamanlarda onların üsulları, metodika, təhlillərdən istifadə
olunub. Bu gün universitetin 100-də 70%-i Azərbaycan müəllimlərindən
təşkil olunub. Bu şirkətlər vasitəsilə azərbaycanlı gənclər beynəlxalq
fənn olimpiadalarına çıxarılıb. Bu gün görülən işlər nəticəsində 200-dən
çox gənclər qızıl, gümüş medallara layiq görülüb. Çağ Öyrətim
İşlətmələr Şirkətini bitirən bütün məzunlar universiteti qurtarandan
sonra Azərbaycana qayıdaraq ölkənin müxtəlif qurumlarında təmsil olunur.
Bunun əsas səbəbləri isə şirkətdə çalışan insanların çox səmimi,
bilikli, qabiliyyətli, halal, doğru olmalarından irəli gəlir. Bir sözlə,
onlardan öyrənəcəyimiz hələ bir çox şeylər var”.
Türkiyə
Böyük Millət Məclisin başkan əvəzi, millət vəkili Mehmet Sağlam isə
Azərbaycan dövlətinin və təhsilinin günü-gündən inkişaf etdiyini,
müəyyən uğurlar əldə olunduğunu deyib. O vurğulayıb ki, Azərbaycanın ana
konstitusiyasına əsasən təhsil mütləq hesab olunur və təhsil almaq hər
kəsin haqqıdır. Azərbaycanda fəaliyyət göstərən türk okullarının da
məqsədi türkçülüyü, azərbaycançılığı təbliğ və inkişaf etdirməkdir.
Tədbirin
davamında çıxış edən millət vəkilləri, qonaqlar Azərbaycanın Azərbaycan
Türkiyə təhsilinin qarşılıqlı əlaqələri, görülən işlər, əldə olunan
nailiyyətlər barədə danışıblar.
Könül Kamilqızı