Qafqaz Universitetinin əməkdaşı “İLİN VƏTƏNPƏRVƏR ADAMI” fəxri adına layiq görüldü

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkərlar İttifaqı (Azər KİVHİ) “Obyektiv Fikir” ictimai birliyi tərəfindən ənənəvi sorğu keçirilmişdir. Sorğunun nəticələrinə əsasən Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin müdiri Dos. İsa Qasımov vətəndaşlıq mövqeyi və əməli uğurlarına görə “İLİN VƏTƏNPƏRVƏR ADAMI” fəxri mükafatına layiq görülmüşdür. Mükafatı Azər KİVHİ – nin sədr müavini Çingiz Qurbanov təqdim etmiş və qurumun sədri yazıçı Oqtay Salamzadənin təbriklərini çatdırmışdır. Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən “İLİN VƏTƏNPƏRVƏR ADAMI” mükafatı Azərbaycanın ictimai həyatında mühüm rolu olan elm, təhsil və s. sahələrdə uğurlar qazanmış ziyalılara verilir.
Vüsal Rzayev
http://qu.edu.az/view_news.php?news=2056&link=286&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF