Azərbaycan Respublikasının Təhsil Naziri Professor Misir Mərdanovun konfransa təqdim olunmuş məruzəsindən

Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Azərbaycan Respublikasının Təhsil Naziri Professor Misir Mərdanovun konfransa təqdim olunmuş məruzəsindən:
·Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən 20 il keçir. Müstəqilliyimizin yaşıdı və respublikamızın təhsil sistemində özünəməxsus rolu, Azərbaycan-Türkiyə təhsil əlaqələrində müstəsna yeri olan "Çağ" Öyrətim Işlətmələri Şirkəti də fəaliyyətinin 20 illik yubileyini qeyd edir.
Təhsil sahəsində ugurların eldə edilməsində XX əsrin dahi siyasi və ictimai xadimi, xalqımızın ümummili lideri Heydər Eliyevin, XXI əsrin ilk onilliyində isə ulu öndərin müəyyən etdiyi kursu qətiyyətlə və əzmlə həyata keçirən ölkə Prezidenti Ilham Eliyevin misilsiz xidmətləri olmuşdur və bu müdrik siyasət hazırda da davam etməkdədir.
·Müsteqil Azərbaycanın təhsilinin inkişafında "Çağ" Öyrətim Şirkəti təhsil müəssisələrinin xüsusi yeri vardır. 1991-ci ildə Naxçıvanda ilk Azərbaycan- Türkiyə Özəl məktəbinin fəaliyyətə başlaması da ümummilli liderin qərarı ilə mümkün olmuşdur və ulu öndər Azərbaycan-Türk liseylərinin uðurlu fəaliyyətini digər məktəblər üçün nümunə adlandırmışdır.
·Bu məktəblər Azərbaycan təhsilinə yeni abhava və təcrübə gətirmişdir. O zaman üçün mühüm hadisə olan latın qrafikasına keçid, ingilis dili və kompyuter təliminin həyata keçirilməsi, beynəlxalq aləmə çıxış - ilk beynəlxalq fənn olimpiadasında qazanılan qızıl və gümüş medallar, məzunların 99 faizinin ali məktəblərə qəbul olunması ictimaiyyətin diqqətini cəlb etmiş və təqdirlə qarşılanmışdır.
·Göstərilən etimada sədaqətlə xidmət edən "Çağ" Öyrətim təhsil müəssisələri yeni-yeni layihələrə imza atmış, təhsildə nümunə rolunu davam etdirmişdir. Hər il lisey məzunlarının minimum 99 faizinin ali məktəblərə qəbul olunması, beynəlxalq fənn olimpiadalarında qazanılan yüzlərlə qızıl, gümüş və bürünc medallar, 650-700 bal toplamış abituriyentlərin "Qafqaz" Universitetini seçməsi, təhsil tariximizdə yaddaqalan hadisələrdir.
· Bütün bu nailiyyətlərin nəticəsidir ki, ölkə Prezidenti Ilham Äliyev dəfələrlə "Çağ" Öyrətimin fəaliyyətinə yüksək qiymət vermişdir. Təhsil Nazirliyi Şirkətin pedaqoji kollektivlərinin fəaliyyətini yüksək qiymətləndirmiş, onlarla müəllim "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, Fəxri Fərman və pul mükafatları ilə mükafatlandırılmışdır.
· "Çağ" Öyrətim Şirkətinin bütün Pedaqoji kollektivlərini, professor-müəllim heyətini, valideyin və şagird kollektivlərini böyük yubiley fəaliyyətinin 20-ci ildönümü münasibətilə təbrik edir, Azərbaycan-Türkiyə təhsil körpüsü vəzifəsini yerinə yetirməkdə, etimada sədaqətlə xidmətində yeni-yeni uğurlar arzulayıram.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF