Təhsilimizin çağdaş “Çağ”ı
Bu gün Qafqaz Universitetində
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyinə
həsr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim mövzusunda
elmi-praktik konfrans keçiriləcək.
Təhsil Nazirliyi, “Çağ” və “Qafqaz”ın birgə təşkil edəcəkləri tədbirdə xarici ölkələrdən gəlmiş nümayəndələr də iştirak edəcəklər.
“Çağ” Öyrətim İşlətmələri 1992-ci ildə Bakıda ilk müasir tipli məktəb - Bakı Özəl Türk Liseyini açmaqla Azərbaycan təhsilinə yeni bir nəfəs vermiş oldu. Daha sonra 1993-cü ildə təsis olunan Qafqaz Universiteti ölkəmizdə qurulan ilk xarici universitet kimi təhsil tariximizə düşdü. Bu gün şirkətin Bakı da daxil olmaqla ölkəmizin şəhər və rayonlarında 12 ümumtəhsil məktəbi-liseyi, 12 ali məktəbə hazırlıq kursu və bir ali təhsil müəssisəsi - Qafqaz Universiteti var.
Bəli, artıq 20 ildir ki, ölkəmizdə yeganə Beynəlxalq Standart Sertifikatlı təhsil şirkəti olan “Çağ” ulu öndər Heydər Əliyev irsinə, onun inam və etibarına, etimadına sədaqətlə xidmət edir. Fəaliyyətinin ilk günündən bu günədək qəlbi milli və ümumbəşəri dəyərlərlə zəngin yeni nəsil yetişdirən “Çağ” artıq 20 ildir ki, xarici ölkələrdə təhsilimizi şərəflə təmsil edir. Onların bilik yarışlarından qazandıqları uğurları isə sadalamaqla qurtarmaz. Belə ki, “Çağ” beynəlxalq yarışlardan 473 (95 qızıl, 154 gümüş, 224 bürünc) medal, ölkəmizdə keçirilən yarışlarda isə 700 medal qazanıb. “Çağ” artıq neçə ildir ki, ölkəmizdə beynəlxalq bilik yarışları təşkil edir, ana dilimizlə bağlı tədbirlər keçirir. Türkiyədə keçirilən Türkcə Olimpiadasına şagirdlərimizlə birgə qatılır və həmin yarışlarda ölkəmiz barədə həqiqətləri də dünya ictimaiyyətinə çatdırmağı özünə borc bilir. Hər il “Çağ” ali məktəblərə yüksək balla qəbul olunanları, həmçinin beynəlxalq fənn olimpiadalarının qaliblərini ictimaiyyətə təqdim etməklə yanaşı, onlara mükafatlar təqdim edir. Bəli, bütün bu yenilikləri təhsilimizə məhz “Çağ” gətirib. Bütün bunları sadalayanda yadıma ulu öndərin bu sözləri düşür: “Mən bu məktəbləri hər zaman dəstəklədim, kömək etdim. Çünki bu məktəblər Azərbaycanın təhsil sistemində yenilik yaradırlar”. Ölkə başçısı İlham Əliyevin “Çağ” mənim burada ata yadigarımdır”, “Çağ”ın fəaliyyətini daha da genişləndirməsini istəyirəm”, “Onlar burada yaxşı işlər görürlər” sözləri ilə “Çağ”ı təqdir etməsi bu təhsil müəssisəsinin məsuliyyətini birə-beş artırıb.
Bəli, 20 ildir ki, “Çağ” təhsilimizdə mayak rolunu oynayır. Təsadüfi deyil ki, təhsil naziri Misir Mərdanov bu məqamı xüsusi vurğulayıb. O deyib ki, “Çağ”ın təhsilimizdə həyata keçirdiyi işlərin nəticəsində ölkəmizin təhsil sistemi bütövlükdə inkişaf edir. Biz “Çağ”dan çox şey öyrənmişik, amma hələ hər şeyi öyrənməmişik. “Əminəm ki, vaxt gələcək, Azərbaycanın bütün məktəbləri “Çağ”ın bu günkü səviyyəsinə gələcək”
17 March 2012, Saturday / GÜLƏR RƏSUL ,
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42915