Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini Prof. Dr. Mehmet Sağlamın məruzəsinden seçilenler:

17.03.2012/11:00 17 mart 2012-ci il tarixində "Qafqaz" Universitetində keçirilen  "Çağ" Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş "Müasir Azərbaycan və "Çağ" Öyrətim" mövzusunda elmi-praktik konfransda çıxış eden Türkiyə Cümhuriyyəti Parlamenti Sədrinin müavini Prof. Dr. Mehmet Sağlamın məruzəsinden seçilenler:

·         Azərbaycanı ilk dəfə 1997-ci ildə Türkiyə Respublikası Milli Təhsil naziri olaraq ziyarət etmişdim. Azərbaycan Təhsil naziri Lidya xanımla birlikdə Bakı Türk Liseyini ziyarətimdən sonra şərəf dəftərinə bu cümlələri yazmışdım: "Müasir bir təhsil təşkilatı gördüm. Xüsusilə, kompyuter ekranında gördüyüm "Atam, izindəyik, Azərbaycan xidmətindəyik." ifadəsi məni ovsunlamışdı. Böyük Atatürk də 65 il əvvəl "Siz onların gəlməyini gözləməyin, özünüz gedin" deyirdi. Bu duyğularla ayrıldığım Azərbaycana 15 il sonra təkrar gəlirəm. Azərbaycanın hər sahədə olduğu kimi təhsildə də çox məsafə qət etdiyini seyr etməkdən məmnun olduğumu ifadə etmək istəyirəm.

·         Bu gün Azərbaycanda "Çağ" Öyrətim Şirkətinə bağlı 12 orta məktəb və lisey, 12 universitetə hazırlıq kursu və 1 universitet açılmışdır. Beş minə yaxın şagirdin oxuduğu məktəblər Azərbaycanın ən məşhur məktəbləridir.

·         Öz müəllimlərini yetişdirən Türk məktəblərində artıq 80%-ə yaxın azərbaycanlı müəllim işləyir. Bu məktəblərin açılmasında böyük əməyi olan Azərbaycanın Ümummilli lideri mərhum Heydər Əliyev "Mən bu məktəbləri hər zaman dəstəklədim, kömək etdim. Çünki bu məktəblər Azərbaycanın təhsil sistemində yenilik yaradırlar." deyərək, Türk məktəblərinin uğurlarını "Əfsanəvi qələbə" olaraq qeyd etmişdir.

·         "Qafqaz" Universiteti verdiyi keyfiyyətli təhsillə ictimaiyyətdə rəğbətlə qarşılanır. Son qəbul imtahanında 700 tam bal yığıb ölkə birincisi olan 4 tələbənin dördünün də Qafqaz Universitetini seçməsi verilən təhsilin keyfiyyətinin ən bariz nümunəsidir.

·         Azərbaycanda başlayaraq dünyanın hər tərəfinə yayılan Türk məktəblərinin iştirakı ilə 10 ildir böyük bir təşkilata imza atılır: Türkcə Olimpiadaları. Dünyanın hər tərəfində Türk dilində və Türkiyəyə marağı artırmaq məqsədi ilə keçirilən Beynəlxalq Türkcə Olimpiadalarının Bakıda keçirilən finalında tələbələrimiz var gücü ilə yarışdı. VI Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan finalına Təşkilat Komitəsinin sədri olaraq şəxsən qatılmışdım. Möhtəşəm bir mərasimlə hafızəmdə qalan bu finalda mənim də favoritim olan Qaradəniz türküsü ilə I olan qızımızı hamınız xatırlayırsınız. Bu il Türkcə Olimpiadalarına 135 ölkə qatılır. Burada dərəcəyə girən tələbələr 30 May – 14 İyun tarixləri arasında Türkiyədəki finallara qatılacaq.

·          

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF