Moldovalı alimlər Qafqaz Universitetində olub
Moldova Respublikasının bir qrup alimi Bakıda səfərdədir. Moldova
Universitetinin Jurnalistika və Kommunikasiya Elmləri fakültəsinin
professorlarından ibarət nümayəndə heyəti dünən Qafqaz Universitetində
oldular. Nümayəndə heyəti burada Qafqaz Universitetinin rəhbərliyi ilə
işgüzar görüş keşirib.
Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonaqları salamlayaraq Moldova Respublikasından gəlmiş nümayəndə heyətini bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Sonra Ahmet Saniç çıxış edərək məlumat verərək deyib ki, Qafqaz Universiteti 1993-ci ildə Bakı şəhərində fəaliyyətə başlayıb. Bu universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompyuter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hazırda bakalavr pilləsində 20, magistratura pilləsində 10, aspirantura pilləsi üzrə də 4 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir.
Rektor həmçinin bildirib ki, 2006/2007-ci tədris ildən etibarən universitetimizdə 2 ixtisas üzrə MBA proqramı açılıb. Yüksək sürətli internet rabitəsi sayəsində, Qafqaz Universiteti Azərbaycanda TOEFL IBT imtahanını (yeni nəsil TOEFL testi) təşkil edən ilk qurumdur. Bu ali təhsil ocağında ötən il ilk dəfə olaraq jurnalistika fakültəsi açılmış və hazırda da fakültədə 20 nəfər tələbə təhsil almaqdadır.
Sonra Bakı Slavyan Universitetinin kafedra müdiri, dosent Aynur Bəşirli çıxış edərək ölkəmizdə mətbuatımızın tarixindən, ölkəmizdə nəşr olunan mətbuat orqanlarının geniş fəaliyyətindən və hazırkı inkişafından söz açıb. Moldova Dövlət Universitetinin Jurnalistika və Kommunikasiya Elmləri fakültəsinin professorları Mixail Quzun, Qeoqreta Stepanov, Mixail Lesku, Serafim İsac, Andrey Dumbraveanu, Boris Parfentev və Avropa Şurasının layihə koordinatoru Dumitru Lazur Qafqaz Universitetinin jurnalistika fakültəsinin dərs prosesini izlədilər, bu ali təhsil ocağının tədris korpus, yataqxanası, laboratoriyaları ilə yaxından tanış oldular. Burada tələbələr üçün yaradılan müasir və yüksək şəraitdən, keyfiyyətli tədris sistemindən razı qaldıqlarını bildiriblər. Nümayəndə heyəti Qafqaz Universitetində təhsil alan moldovalı tələbələrlə də görüşüb söhbətləşdilər.

Bəhruz
http://www.hafta-ichi.com/v5//2012/03/30/read=71730