Qafqaz Universitetində turizmin idarəedilməsi üzrə beynəlxalq ekspertlərin iştirakı ilə konfrans keçirildi.
30 March, 2012,
Qafqaz Biznes Formun iştirakçıları və
İqtisadiyyat və İdarəetmə Fakultəsinin (İİBF) tələbələri “Reklam
mədəniyyəti –reallıq və perspektivlər.Reklam və marketinq məsələlərinə
müasir baxış”adlı konfransda iştirak etdilər.Konfrans Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.Konfransın
açılış mərasimi və birinci günü Bakı Hilton Otelində keçirilmişdir.
Konfransın ikinci günü iki master klasa ayrılaraq , birinci Hilton
Otelində , ikincisi isə Qafqaz Universitetində təşkil
edilmişdir.Konfransın məruzəçiləri turizm və reklam sahəsində fəaliyyət
göstərən beynəlxalq ekspertlərdən ibarət olmuşdur.Onlar Cənubi
Afrikanın Pretoriya Universitetindən professor Ernie Heath, Türkiyənin
Akdeniz Universitetindən professor Ahmed Aktash və Yalova
Universitetindən Dr. Selim Özdemir olmuşlar.
Konfransın başlanğıcında Qafqaz Biznes Formun koordinatoru Adiljan
Abdurazzak məruzəçiləri konfrans iştirakçılarına təqdim etdi.Qeyd olundu
ki,professor Ernie Heath Cənubi Afrika Turizm Təşkilatının İcraçı
direktor müavini,Dünya Turizm Təşkilatı Təhsil Heyətinin üzvüdür.O, həm
də Avropa və Cənubi Afrikanın bir çox universitetlərində turizm
idarəetməsi fənnini tədris etmişdir. Profesor Aktash və Dr. Özdemirin
də turizm idarəetməsi üzrə həm təhsil həm də biznes sektorunda zəngin
təcrübəyə malik olduğu qeyd olunmuşdur.